Accessibility links

Xarkiv şəhəri yenidən özünü müdafiə etməyə hazırlaşır


Xarkiv şəhəri yenidən özünü müdafiə etməyə hazırlaşır
please wait

No media source currently available

0:00 0:03:16 0:00

Xarkiv şəhəri yenidən özünü müdafiə etməyə hazırlaşır

Ukraynanın ikinci ən böyük şəhəri Xarkiv Rusiya sərhədindən sadəcə 30 kilometr aralıda yerləşir. Şəhər altı ay müddətində Rusiya qoşunlarınını mühasirəsi altında böyük ziyan görsə də, rusların əlinə keçməyib. İnsi ruslar yenidən sərhədə qoşun yığırlar. Şəhərə daha tez-tez balistik raketlər atılır və Xarkiv də müdafiə xəttlərini yenidən gücləndirir.

Xarkivin Rusiya qüvvələri tərəfindən mühasirəyə alındığı zaman ciddi ziyan görən Saltivka məhəlləsinin boş küçələrində qalan tənha bir maneken. Vaxtilə 45 min insanın yaşadığı bu yerdə səkilərin arasında səngərlər qalıb.

Ukraynanın keçmiş mövqeləri hələ də kamuflyaj olunur. Sentyabrda ruslar geri çəkilənənə qədər, döyüş xətləri buradan cəmi bir neçə yüz metr aralıda idi.

"Ən qorxulu gün biz zirzəmidə ikən, yanacaq doldurma məntəqələri partlamağa başladığı zaman idi. Biri mənim evimin qarşısındadır. Burada səkkiz yanacaq doldurma məntəqəsi var. Şüşə parçaları, hər şey havada uçurdu. Çox qorxulu idi," Aleksey Yerman deyir.

Aleksey Yerman Saltivkada yaşayan təxminən 4 min kişi, qadın və uşaqdan biridir. O deyir ki, vəziyyət sakitdir, amma o, Rusiyanın başqa bir hərbi müdaxilə planlaşdırmasından qorxur.

"Mən uşaqlardan narahatam. Təssüf ki. Mən artıq özümdən narahat deyiləm. Mənim nəvələrimə yazığım gəlir. Oğlanın 15, qızın 20 yaşı var. Mən onlara görə qorxuram," o deyir.

Xarkiv Ukraynanın ikinci ən böyük şəhəri və ölkənin ilk paytaxtıdır. Rusiya qoşunları fevral ayından sentyabra qədər onu ələ keçirmək məqsədilə mühasirə etmişdilər. Amma buna nail olmasalar da, geri çəkilməyə məcbur qalmadan şəhəri xarabalığa çevirdilər.

Yuri Sıdorenko Xarkiv şəhərinin sözçüsüdür.

"Təxminən 500 yaşayış binası bərpa olunmaz haldadır," o bildirir.

Sıdorenko deyir ki, əlavə 1000 binaya Rusiyanın artilleriyası dəyib. O əlavə edir ki, yenidənqurma işləri müharibədən sonra aparıla bilər, çünki hər şeyin yenidən dağılma ehtimalı var.

Son həftələrdə Xarkivə hücumlar şiddətlənib. İndi ruslar 100 kilometr uzaqda yerləşən, Rusiyanın bölgədəki ən böyük şəhəri Belqoroddan balistik raketlər atırlar.

Kimliyini qorumaq üçün özünü İvan kimi təqdim edən şəxs deyir ki, o və başqaları Ukraynanı müdafiə etməyə hazır oalcaq.

"Düşmənin sərhədi keçib-keçməməsindən asılı olmayaraq, bizim heyət onları vurmağa hazırdır," İvan deyir.

İvan Xarkiv ətrafındakı müdafiə xətlərindən birinin komandiridir

Burada əsgərlər gələcəkdə nəyin olacağını bilmədən gözləyirlər.

Saltivkanın bir başqa sakini Oleq Kristopp deyir ki, o, sakitdir və Ukrayna qüvvələrinə inanır, amma yaxın keçmişin xatirələri ona iztirab çəkdirir.

"Partlayışlar, partlayışlar, sonra oyanıram. Bunlar hələ də xatirəmdə qalır," o deyir.

Kristopp və həyat yoldaşı Olqa üç ay yüzlərlə başqa insanla birlikdlə metro stansiyasında qalandan sonra indi bu otaqda yaşayır.

"Biz şanslıyıq ki, heç olmasa bu pəncərə tamamilə sökülmədi ki, heç olmasa bir otaqda qala bilək," Olqa bildirir.

Saltivka səssizdir. Gənc analar körpələrini küçələrdə gəzdirir. Amma sanki hər kər hər şeyin bir göz qırpımında dəyişə biləcəyini bilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG