Accessibility links

Xarkovda minlərlə ukraynalı Rusiya təhlükəsinə qarşı yürüş keçirib


Minlərlə ukraynalı Ukrayanın şərqində Rusiya ilə sərhədə yaxın yerləşən Xarkov şəhərində milli hərəyliyi ifadə etmək və işğal halında vətənlərini müdafiə etməyə hazır olduqlarını göstərmək üçün küçələrə axışıblar.

Fevralın 5-də 1.4 milyon əhalisi olan və tank, təyyarə və traktor zavodlarının yerləşdiyi sənaye şəhəri Xarkovda keçirilən nümayişdə 5000-ə yaxın insan iştirak edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya sərhədindən 40 kilometr uzaqda yerləşən Xarkovun Rusiyanın mümkün hücumunun hədəfi ola biləcəyini bildirib.

“Bəziləri bizim Xarkovu verəcəyimizi deyir. Biz Ukraynanın bir hissəsiyik, biz burada dünyaya gəlmişik, bizim uşaqlarımız burada yaşayır. Biz qaçmırıq. Biz burada Avropanı quracağıq,” yürüşdə iştirak edən könüllü Maryana Vorona AzadlıqRadiosuna bildirib.

İştirakçılar əllərində 100 metr uzunluğunda mavi-sarı Ukrayna bayrağını daşıyıblar və Ukraynanın şərqində iki vilayəti Kremlin dəstəklədiyi separatçılarından qorumağa çalışarkən həyatlarını itirən əsgərlərə istinad edərək “Yaşasın Ukrayna, yaşasın qəhramanlar” şüarını səsləndiriblər.

Bu günədək hələ də Donetsk və Luhansk regionlarında davam edən səkkiz illük müharibə nəticəsində 13 200 nəfər öldürülüb.

İndi isə Rusiya Ukrayna ilə sərhədində 100 mindən çox qoşun cəmləşdirib və bu da Moskvanın daha bir hücum edəcəyi, əlavə işğal başladacağına dair narahatlıqlara səbəb olub.

Ölkənin ikinci ən böyük şəhəri olan Xarkov sərhədə yaxınlığı səbəbilə hücum təhlükəsinə ən çox açıq olan şəhər hesab olunur.

Yerli şəhər şurası COVID-19-un yayılması və təxribatla bağlı narahatlıqlar səbəbilə etirazın qarşısını almaqğa çalışsa da, yerli məhkəmə şəhər şurasının tələbini rədd edib.

Etiraz zamanı həbs olunan olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Çin Tayvanı ilhaqı ilə bağlı hədəsini təkrarlayır
please wait

No media source currently available

0:00 0:11:34 0:00
XS
SM
MD
LG