Accessibility links

Xersonun Rusiyaya qoşulması ilə bağlı referendum təxirə salınıb


Xerson. Arxiv.
Xerson. Arxiv.

Ukraynanın Xerson bölgəsinin işğal altında olan hissələrində Moskvanın təyin etdiyi hərbi administrasiyanın nümayəndəsi deyir ki, Rusiyaya qoşulmaqla bağlı referendum təxirə salınıb, çünki Ukrayna silahlı qüvvələri ərazinin nəzarətini geri almaq üçün hərbi əməliyyatları davam etdirirlər.

“Biz səsverməyə hazırlaşmışıq və yaxın gələcəkdə referendum keçirmək istəyirdik, ancaq hazırda baş verən hadisələr səbəbilə, düşünürəm ki, biz [referendumu] təxirə salacağıq,” Rusiyanın Xersona təyin etdiyi qubernatorun müavini Kirill Stremousov sentyabrın 5-də TASS xəbər agentliyinə bildirib.

Qara Dənizdə yerləşən mühüm liman şəhəri olan Xerson mart ayının əvvəlindən bəri tamamilə Rusiyanın nəzarəti altındadır.

Ukrayna avqustun sonunda ölkənin cənubunda, xüsusilə də Xerson bölgəsində əks-hücuma başlayıb. Kyiv bəzi əraziləri geri aldığını iddia edir, ağır döyüşlər davam edir.

İyun ayında Xersonun Rusiyanın “tam-miqyaslı” hissəsi olduğunu və Rusiyaya qoşulmaqla bağlı referendumun sentyabrın əvvəlində keçiriləcəyini söyləyən Stremousov deyib ki, Ukrayna baş nazirinin müavini İrina Vereşukun bu yaxınlarda etdiyi açıqlamalar hər hansı mümkün referenduma əngə olmayacaq.

Vereşuk deyib ki, Rusiyanın təyin etdiyi rəsmilərin təşkil etdiyi qanunsuz referendumlarda iştirak edən Xerson sakinləri 12 il həbs cəzası və bütün əmlaklarınn konfiskasiyası ilə üzləşə bilər.

Avqustun əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, əgər Moskva onun ölkəsinin işğal olunmuş ərazilərində Rusiyaya qoşulmaqla bağlı referendum keçirsə, nə Ukrayna nə də onun beynəlxalq müttəfiqləri ilə sülh danışıqları olmayacaq.

Rusiya qoşunları və Moskvanın dəstəklədiyi separatçılar indi artıq Ukraynanın Donbas regionu və cənub-şərqdəki Zaporijya bölgəsində böyük ərazilərə nəzarət edirlər. Rusiyanın həmin ərazilərə təyin etdiyi rəsmilər Rusiyaya qoşulmaqla bağlı referendumlar keçirmək ehtimalını irəli sürüblər.

Rusiyanın daha öncə də Ukraynada bənzər addımlar atıb.

Belə ki, Moskva 2014-cü ildə saxtalaşdırıldığı güman edilən refendum nəticəsində Ukraynanın Krım yarımadasını qanunsuz şəkildə ilhaq edib. Referendum nəticələri səsverənlərin 97 faizinin Rusiyaya qoşulmağı dəstəklədiklərini göstərib.

Separatçılar 2014-cü ildə Ukraynanın şərqində böyük bir ərazini ələ keçirib, orada müsətqilliklə bağlı referendum keçirib və Luhansk ilə Donetsk bölgələrində “xalq respublikaları” elan ediblər. Moskva fevralın 24-də Ukraynaya hərbi müdaxilə etmədən qısa müddət öncə bu “respublikaları” tanıyıb.

XS
SM
MD
LG