Accessibility links

İki Tebrizli həbsə məhkum edilib, üç nəfər bəraət qazanıb


İki Tebrizli həbsə məhkum edilib, üç nəfər bəraət qazanıb
İki Tebrizli həbsə məhkum edilib, üç nəfər bəraət qazanıb

Aydın Sərdariniya üç digər fikirdaşları ilə bərabər iki il əvvəl, Təbriz zindanının qabağında, siyasi tələbə məhbusların azadlığa buraxılması münasibətilə təşkil edilmiş şənlik vaxdı tutulub.

İran azərbaycanlı iki siyasi və mədəni fəaal Təbrizin "İnqilab" və "Ümumi" məhkəmələrində həbsə məhkum edilib. Digər üç nəfər isə bəraət qazanıb.

Həbsə məhkum edilmiş hər iki azərbaycanlıya hökm oxunuşu zamanı lentə alınmış foto internetdə yayılıb. Fotolara əsasən Aydın Sərdariniya və Hüseyn Əliməhəmmədi həbsə məhkum olunub.

"Araz News" saytı hökm barədə yazır ki, Aydın Sərdariniya üç digər fikirdaşları ilə bərabər iki il əvvəl, Təbriz zindanının qabağında, siyasi tələbə məhbusların azadlığa buraxılması münasibətilə təşkil edilmiş şənlik vaxdı tutulub. Aydınla bərabər Vəhid Şeyxbəyli, Niyma Puryaqub və Cəmşid Zareyi də o vaxt saxlanmışdı. “Təbriz Səsi” saytı yazır ki, oların hər biri "ümumi qaydaları və təhlükəsizliyi pozmaqda” ittiham edilib.

Aydın Sərdariniya Təbrizli tarix tədqiqatçısı Səməd Sərdariniyanın oğludur.

"Güney Azərbaycan Xəbər Mərkəzi" saytının yazdığına əsasən, o, Vəhid Şeyxbəyli, Niyma Puryaqub və Cəmşid Zareyilə ilə eyni zamanda və eyni məhkəmədə mühakimə olub və eyni ittihamlardan bəraət qazanıb. Sərdariniya İnqilab Məhkəməsində irəli sürülən "nizamın ziddinə çalışmaq" ittihamından bəraət qazanıb, amma və Ümumi məhkəmədə "təhlükəsizliyi pozmaq" ittihamı ilə 91 gün həbs və 10 qamçı zərbəsinə məhkum olub.

Məhkəmə ona oxunan hökmün icrasınını iki il şərti olaraq təxirə salıb. Bu qərara əsasən o iki il ərzində başqa bir cinayətdə məhkum olunmasa hökm yerinə yetirilməyəcək. İki il ərzində ona başqa bir cinayət əsasında hökm oxunduğu təqdirdə hər iki hökm icra olunacaq.

Digər bir hökm də, Hüseyin Əliməhəmmədiyə oxunub. Təbrizin İnqilab Məhkəməsinin ikinci şöbəsinin hakimi Dövlətabadi tərəfindən o, 300.000 tümən (300 dollar) cərimə ödəməyə və 6 ay həbsə məhkum olub . Əliməhəmmədi "nizamın ziddinə təbliğat" və "Ayətullah Xomeyni və Ayətullah Xameneyiyi təhqir"də ittiham edilib. “Güney Azərbaycan Xəbər Mərkəzi” və bir neçə digər türk və fars dilli xəbər saytlarının yazdığına görə məhkəmə hökmündə deyilir ki,o, bölücü qruplarla əməkdaşlıq aparıb, ana dili günündə 40 elan yayıb və Traktor futbol komandasının (timinin) oyunlarında bölücülük şüarları qışqırıb. Onun kompüterində Ayətullah Xomeyni və Ayətullah Xameneyinin karikaturaları tapılıb.

Təbrizin İnqilab Məhkəməsinin ikinci şöbəsinin hakimi Dövlətabadinin qərarına əsasən o "İslamçı İran ziddinə təbliğat" ittihamına görə 300 min tümən cərimə ödəməlidir. Əliməhəmmədi özü çəkmədiyi, lakin komputerində saxladığı karikaturalara görə 6 ay həbsə məhkum edilib ki, hər iki cəzanın icrası 3 il müddətində şərti olaraq təxirə salınıb. Məhkəmə onun "Milli Hərəkət" partiyasına üzv olmasına dair sənəd tapılmadığına görə, bu ittihamla bağlı bəraət qərarı verib, amma "Ümumi qaydaları pozmaq" ittihamını Ümumi Məhkəməyə həvalə edib. Bu fəalların qərara etiraz üçün 20 gün vaxtı var.

Bildirildiyinə görə, Tehrandan gələn əmrə əsasən bu 5 siyasi və mədəni çalışqanların vəkili Nağı Mahmudinin vəkillik səlahiyyəti ləğv olunduğuna görə o heç bir məhkəmədə vəkil kimi iştirak edə bilməz. Onun müvəkkillərini müdafiə üçün məhkəməyə daxil olmasına imkan verilməyib. Buna görə müttəhimlər ittihamlara vəkilsiz cavab verməyə məcbur qalıb.

Nağı Mahmudinin “Amerikanın səsi”nə bildirdiyinə görə, ötən 13 ildə müxtəlif üniversitələr onun hüquq dərsləri verməsini qadağan edib və onu üniversitet müəllimliyindən azad edib. Nağı Mahmudinin deyib ki, bir neçə ay əvvəl ona xəbərdarlıq edilib ki, azərbaycanlı siyası məhbusları və müttəhimləri müdafiəyə davam etsə vəkillik lisenziyası ləğv olunacaq. Nağı Mahmudi 30 nəfərə yaxın İran azərbaycanlı siyası və mədəni fəaalın vəkili idi.

Xatırdadaq ki, İranın ədliyyə orqanları və digər rəsmi dairələri “Amerikanın səs”inə şərh verməyib. Bu səbəbdən də xəbərdə İran hökumətinin mövqei və ya reaksiyası əks olunmayıb.

XS
SM
MD
LG