Britaniyada çoxsaylı xəstəxana kiberhücumlara məruz qalıb. Hücumlar kompüter sistemini sıradan çıxarıb, xəstələrin qəbulu təxirə salınıb.
Britaniyanın Milli Səhiyyə Xidmətinin bildirdiyinə görə, kompüterlərə “ransomware” infeksiyası düşüb. Bu, pul müqabilində sistemin işə salınması deməkdir.
Sosial mediada anonim onlayn valyutası olan 300 dollarlıq bitcoin tələb olunduğu yayılıb.
Milli Səhiyyə Xidmətinin azı 16 təşkilatı kiberhücuma məruz qalıb. MSX-i xəstələrin məlumatlarının ələ keçirilmədiyini bildirir.
Eyni zamanda İspaniyanın Energetika Nazirliyi Telefonica kimi kommunikasiya şirkəti də daxil edilməklə, ölkə boyu kompütürlərə hücumlar edildiyini bəyan edib. Haker hücumlarının əlaqəli olduğu məlum deyil.
Portuqaliyanın da Telecom şirkətinin kompüterlərinə kiber hücumlar edildiyi bildirilir.