Accessibility links

ABŞ-ın İnsan Qaynaqları ofisi kəskin tənqidlərlə qarşılaşıb


ABŞ qanunvericiləri hökumət rəsmilərini 4,2 milyon və bəlkə bundan da çox sayda keçmiş və hazırkı federal işçinin şəxsi məlumatlarına çıxış əldə edilməsilə nəticələnmiş kiber hücumun qarşısını almadığına görə kəskin tənqid edib.

ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları komitəsinin sədri, konqresmen Ceyson Çaffetz ABŞ hökumətinin İnsan Qaynaqları ofisinin direktoru Katerin Arçuletaya işin öhdəsindən gələ bilmədiyini deyib. O, kiber hücumu təəccüblə qarşılamadığını bildirib.

Arçuleta deyib ki, agentlik kiber təhlükəsizliyi gücləndirmək üçün böyük səylər göstərir. Konqresmen Çaffetz isə federal işçilərin şəxsi məlumatlarının nəyə görə şifrələnmədiyi sualını verib.

ABŞ rəsmiləri ötən həftə Amerika müdafiə nazirliyi, kəşfiyyat orqanları və digər federal agentliklərin işçilərinin təhlükəsizliklə bağlı yoxlanışına dair hesabatlara çıxış əldə etmək üçün federal İnsan Qaynaqları ofisininə kiber hücumların baş verdiyini müəyyənləşdirib.

Rəsmilərə istinadən ikinci kiber hücum zamanı təxminən 14 milyon insan haqda məlumatlar ələ keçirilib.

Bəzi ABŞ rəsmiləri xarici kəşfiyyat agentliklərinin həssas məlumatlardan şantaj məqsədi ilə istifadə edərək, ABŞ hökumət işçilərini xarici kəşfiyyat agentliklərinə casusluq etməyə sövq edəcəyindən narahat olduqlarını bildirib.

Bu növ şantajlara hökumət işçilərinin xaricdə yaşayan qohumlarına təsir etməsi daxildir.

XS
SM
MD
LG