Accessibility links

Kiberhücumlar ciddi təhlükə yaradır [Video]


Kiberhücumlar ciddi təhlükə yaradır
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Ötən həftə Asiya, Avropa və Amerika şirkətləri ciddi kiberhücumlara məruz qalıb. 3 gün ərzində 150 ölkədə bu kimi hücumlar qeydə alınıb.

Britaniyanın Milli Səhiyyə Sistemi kiberhücumlara məruz qalan nəhəng təşkilatlardan biridir. Burada təcili əməliyyatlar belə təxirə salınmalı olub.

ACA Aponix şirkətindən kibertəhlükəsizlik eksperti Çeyms Tedmanin dediyinə görə, viruslar Mikrosoft Windows XP-nin köhnə software-lərini hədəf alır.

“Bu hələ də böyük təşkilatlar və dünyada insanlara böyük təsir göstərir. Amerikada Windows XP-dən 2 faiz istifadəçi varsa, Asiya və Afrika kimi yerlərdə bu göstərici qat-qat yüksəkdir. Bildiyimə görə, Afrikada 11 faiz bu softveyr istifadəçisi var.”

Rusiyanın DİN kiberhcumların ciddi təsirinə məruz qalıb. Fransada Reno avtomobil şirkəti istehsalı dayandırmalı olub.

Yaponiyada texnologiya nəhəngi Hitaçi və avtomobil şirkəti Nissannın kompüterləri sıradan çıxıb.

‘WannaCry’ virusu dünyada milyonlarla insana təsir göstərib. Sistemlərin işə salınması üçün anonim onlayn valyutası olan 300 dollarlıq bitkoin tələb edilir.

Britaniyanın kibertəhlükəsizlik ekspertlərini ‘kill-switch’ adlanan sistemlə virusun yayılmasına mane olub.

Ekspert Bob Sampson: “Virusun sistemə necə keçdiyi müəyyən edilməlidir. Ba ya çox işlənməyən saytlar, spamlar və ya viruslu emaillər ola bilər.”

Bu virusun dəyəri olduqca yüksəkdir və hər il artmaqdadır.

Ceyms Tedman: “FBI bunu masir tariximizin ən böyük cinayəti adlandırır. Ötən il bu, 1 milyard dollara başa gəlmişdi. Bu olduqca mürəkkəb bir işdir, və yaxın zamanda bundan yaxa qurtarmaq mümkün olmayacaq. Vəziyyət daha da ağırlaşa bilər.”

Expertlər milyonlarla istifadəçini hədəf alan yeniyetmə hakerlər stereotipinin indi mükəmməl cinayət qrupları ilə əvəz edildiyi barədə xəbərdarlıq edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG