Accessibility links

3 gün ərzində 150 ölkədə kiberhücumlar qeydə alınıb


Ötən həftə Asiyada ciddi kiberhücumlara baxmayaraq, bu gün vəziyyət bir qədər düzəlib. 3 gün ərzində 150 ölkədə bu kimi hücumlar qeydə alınıb.

İlk öncə Britaniyada çoxsaylı xəstəxana kiberhücumlara məruz qalıb. Hücumlar kompüter sistemini sıradan çıxarıb, xəstələrin qəbulu təxirə salınıb.

Britaniyanın Milli Səhiyyə Xidmətinin bildirdiyinə görə, kompüterlərə “ransomware” infeksiyası düşüb. Bu, pul müqabilində sistemin işə salınması deməkdir.

Sosial mediada anonim onlayn valyutası olan 300 dollarlıq bitcoin tələb olunduğu yayılıb.

Milli Səhiyyə Xidmətinin azı 16 təşkilatı kiberhücuma məruz qalıb. MSX-i xəstələrin məlumatlarının ələ keçirilmədiyini bildirir.

Eyni zamanda İspaniyanın Energetika Nazirliyi Telefonica kimi kommunikasiya şirkəti də daxil edilməklə, ölkə boyu kompütürlərə hücumlar edildiyini bəyan edib. Haker hücumlarının əlaqəli olduğu məlum deyil.

Portuqaliyanın da Telecom şirkətinin kompüterlərinə kiber hücumlar edildiyi bildirilib.

Prezident Trampın daxili təhlükəsizlik məsələləri üzrə müşaviri Tom Bossert bildirib ki, haker hücumları nəzarət altındadır. O, virusların 200 mindən artıq kompüteri sıradan çıxardığını deyib.

Tom Bossert
Tom Bossert

Çində 29 min təsisatın yüz minlərlə, Yaponiyada isə 600 idarədə 2 min kompüter haker hücumlarına məruz qalıb.

Hücumlar banklar, hökumət idarələri, zavodlar, xəstəxanalar və nəqliyyat sistemi kompüterlərini iflic hala salıb.

Tom Bossert bunu olduqca ciddi təhlükə adlandırıb.

"WannaCry" hücumlarının həyata keçirənlər 3 gün ərzində tələbləri yerinə yetirilməsə ödənişlərin 2 dəfə qaldırılacağı, 7 gündən sonra isə bütün məlumatların silinəcəyi barədə xəbərdarlıq yayıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG