Accessibility links

DTX: Kibercinayətkar qrup Azərbaycan bankından 3 milyon 700 min manat pul oğurlayıb


DTX-a Barselonada tutulan şəxsin fotosunu yayıb
DTX-a Barselonada tutulan şəxsin fotosunu yayıb

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb

“Azərbaycandan kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilib". Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə hazıradək hesablanmış üç milyon yeddi yüz manatdan artıq vəsait oğurlanıb.

Fakt üzrə toplanılmış materiallar əsasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 273.4-cü (Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.

Məlumatda deyilir ki, şübhəli bilinən xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniya Krallığının Barselona şəhərində saxlanılıb, beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində 2017-ci il iyulun 23-də Azərbaycana ekstradisiya edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlət Təhlükəsizlik Xidməti bildirir ki, bu qurumda kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına zəruri hüquqi yardım göstəriləcək.

XS
SM
MD
LG