Accessibility links

Oğurlanan qadınlar 10 ildən sonra tapıldı [Fotoqalereya]



On il bundan əvvəl itkin düşmüş 3 amerikalı qadın Birləşmiş Ştatların Klivlend şəhərində sağ tapılıb. Polis Amanda Berri, Cina Dejesus və Mişel Nitin səhhətinin yaxşı olduğu və onların yerli xəstəxanaya aparıldıqları bildirib.

Hadisədə əli olduğundan şübhələnilən üç qardaşın həbs edildiyi və hadisə ilə bağlı bəzi məlumatların da olduğu deyilir. Həmin 3 nəfər 54 yaşlı Pedro Kastro, 50 yaşlı Onil Kastro və qadınların saxlandığı evin sahibi, 52 yaşlı Ariel Kastrodur. Həmin evdə 6 yaşlı qız uşağı da olub ki, onun Amanda Berrinin qızı olduğu güman edilir.

Qonşular bazar ertəsi qadınların saxlandığı evdən fəryadlar eşitdiklərini deyiblər. Bundan sonra isə Amanda Berri qonşunun telefonundan polisə zəng edib.

Amanda Berri 2003-cü ildə 16 yaşında işdən qayıdarkən, bundan bir il sonra 14 yaşlı Cina Decesus məktəbdən evə dönərkən oğurlanıb. Mişel Nit isə 2002-ci ildə 20 yaşlarında oğurlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG