Accessibility links

Kılıçdaroğlu ədalət kampaniyasını davam etdirməyə söz verib [VİDEO]


Türkiyənin aparıcı müxalifət partiyasının lideri hökumətin terrorçuluğa dəstək itithamlarına baxmayaraq, ədalət kampaniyasını davam etdirməyə söz verib.

Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu paytaxt Ankaradan Türkiyənin ən böyük şəhəri olan İstanbula minlərlə insanın iştirak etdiyi 450 kilometrlik məsafəlik ədalət yürüşünə başçılıq edir.

Yürüş Türkiyə hökumətinin keçən il iyul ayında dövlət çevrilişinə cəhddən sonra ölkədə başladığı təqiblərə cavab olaraq keçirilir. Təqiblər nəticəsində 100 mindən çox insan iş yerini itrib, 60 mindən çox insan həbs edilib.

25 günlük ədalət yürüşünə başçılıq edən Kılıçdaroğlu Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu aksiya yaxın müttəfiq olan Enis Berberoğlunun dövlət sirlərinin açıqlanması ittihamı ilə 25 il müddətinə məhkum olunmasına cavab olaraq keçirilir.

Kılıçdaroğlu ölkədə parlament üzvləri və jurnalistlərin həbs edildiyini, alimlərin işdən çıxarıldığını bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun hökuməti yürüşü pisləyərək, onun terrorizm və dövlət çevrilişinə cəhd göstərənlərə dəstəklədiyini bildirib.

Lakin tənqidlərə baxmayaraq, ədalət yürüşünə qoşulanların sayı getdikcə artır. Hazırda Kılıçdaroğu ilə yürüşdə 10 min nəfər iştirak edir. O, yürüş İstanbula yaxınlaşdıqda daha insanın aksiyaya qoşulacağını gözlədiyini bildirib. Lakin Kılıçdaroğlunun sözlərinə görə, yürüş yalnız başlanğıcdır və vətəndaşların etirazları sona yetməyəcək.

Yürüşlə əlaqədar siyasi gərginliklər artdıqca, polis nümayişçilər və xüsusilə də Kılıçdaroğlunun mühafizəsini gücləndirir.

Polis bildirib ki, yürüş zamanı İslam Dövləti qrupu ilə əlaqəsi olan hücum planlaşdıran altı nəfər saxlanılıb. Kılıçdaroğlu bildirib ki, onun özü və yürüşçülər hədələr və təxribatla qarşılaşır.

Yürüş bazar günü Enis Berberoğlunun saxlandığı həbsxananın qarşısında sona çatmalıdır.

XS
SM
MD
LG