Accessibility links

Şinzo Abe Kim Conq Unla görüşmək istəyir


Şimali Koreya ilə münasibətlərdə uzun zaman sərt mövqe tutan Yaponiyanın baş naziri Şinzo Abe Şimali Koreya lideri Kim Conq Unla görüşməyə razı olduğunu bildirib.

Abe bu barədə çərşənbə axşamı Nyu York şəhərində keçirilən BMT-nin Baş Assambleyasından əvvəl danışıb.

Abe deyib ki, keçiriləcək hər bir sammit Şimali Koreyanın Yaponiya vətəndaşlarını oğurlaması ilə bağlı onillər davam edən mübahisənin müzakirə edilməsinə həsr ediləcək.

“Xanımlar və cənablar, ötən il eyni vaxtda məhs buradan mən, insan oğurluğu, nüvə və raket məsələlərinə aydınlıq gətirməsi ilə bağlı Şimali Koreyanı kəskin şəkildə tənqid etmişdim. BMT-nin Təhlükəsizlik Şurasının əlaqədar qətnamələrinin tam tətbiq edilməsi üçün müraciət etdiyimdən, mən Şimali Koreyanın davranışındakı dəyişikliyi böyük maraqla izləyirəm” deyə Şinzo Abe bildirib.

Abe sammitin keçirilməsi üçün hələlik heç bir planın hazırlanmadığını və Kimə onunla görüşməkdə maraqlı olduğunu bildirdiyini deyib.

Çərşənbə günü isə Abe Yaponiyanın ticarətlə bağlı artmaqda olan narahatlığını müzakirə etmək üçün Trampla görüşəcək.

XS
SM
MD
LG