Accessibility links

Şimali və Cənubi Koreya rəsmiləri gələn ay Pxenyanda görüşəcək


Şimal və Cənubi Koreya rəsmiləri gələn ay Şimali Koreyanın paytaxtı Pxenyanda bir araya gələcəklərini bəyan edib. Lakin görüşün dəqiq günü barədə məlumat verilməyib.

Şimali Koreya prezidenti Kim Çonq Un və Cənubi Koreya lideri Mun Cae-in arasında üçüncü görüş barədə elan bazar ertəsi avtoritar Şimali Koreya ilə demokratik Cənubi Koreyanı ayıran sərhəd zonasında yerləşən Panmuncom kəndində keçirilən yüksək səviyyəli danışıqlardan sonra edilib.

Sentyabra nəzərdə tutulmuş sammit baş tutarsa, Mun Pxenyana səfər edən üçüncü lider olacaq.

Koreya liderləri arasında əvvəlki görüşlər Kim və ABŞ prezidenti Donald Tramp arasında iyunda keçirilən görüşdən sonra daha da intensivləşib.

Bu görüşdə tərəflər Şimali Koreyanın nüvə silah arsenalını məhv etmək barədə razılıq imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG