Accessibility links

Cənubi Koreya: Çin və Şimali Koreya liderlərinin görüşü regiona sülh gətirə bilər


Cənubi Koreya hökümətinin sözçüsü çərşənbə günü deyib ki, Pekində keçirilən Çin prezidenti Şi Tsinpin və Şimali Koreya lideri Kim Con Un arasında görüş Koreya yarımadasında sülhün bərqərar olmasına kömək edə bilər.

Sözçünün bu şərhlərindən öncə, Çinin rəsmi xəbər agentliyi Pxenyanın Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılmasında və Birləşmiş Ştatlar ilə görüş keçirmək niyyətində olması ilə bağlı Kimdən sitat gətirmişdi.

Yaponaniyanın baş naziri çərşənbə günü bildirib ki, Kimin Çinə etdiyi səfəri təhlil edilir.

Yaponiyanın baş naziri Şinzo Abe: “Biz Şimali Koreyadan konkret addımlar görməyənə qədər embarqonu qaldırmayacayıq.”

Lakin hələlik Yaponiya, Cənubi Koreya, Birləşmiş Ştatları və beynəlxalq icmanı qane etmək üçün Kimin nə qədər irəli addım atacağı aydın deyil. Belə ki, Şimali Koreyanın nüvə iddiası ölkə daxilində çox fəal şəkildə təbliğ edilir.

Kimin Çinə səfəri hər iki tərəf üçün faydalı ola bilər. Bu yolla, Pekinin ABŞ və Şimali Koreya ilə görüşdən kənarda qalacağı narahatlığını aradan qaldırıldı.

XS
SM
MD
LG