Accessibility links

Kim Yonq Unun bacısı Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyaya səfər edəcək


Şimali Koreya lideri Kim Yonq Unun bacısı bu həftə Pxençxanda Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyaya səfər edəcək.

Cənubi Koreyanın Yunifikasiya nazirliyi bildirib ki, Şimali Koreyanın iqtidarda olan Fəhlə Parityasının yüksək səviyyəli üzvü olan Kim Yo Yonq cümə günü nümayəndə heyətinin tərkibində ölkəyə səfər edəcək. Yüksək səviyyəli nümayəndə heyətinə Şimali Koreya rejiminin rəmzi dövlət başçısı olan Kim Yonq Nam rəhbərlik edəcək.

İyirmi yaşlarında olduğu təxmin edilən Kim Yo Yonq keçən ilin oktyabr ayında qardaşı tərəfindən siyasi büronun alternativ üzvü təyin edilib.

Şimali Koreyanın 229 qadından ibarət dəstək qrupu
Şimali Koreyanın 229 qadından ibarət dəstək qrupu

Kim Yo Yonqun Cənubi Koreyaya səfər edəcəyi ilə bağlı xəbərlər Şimali Koreyadan Pxençxanda Qış Olimpiya Oyunlarına daha çox idmançının gəldiyi vaxta təsadüf edir. Qadınlardan ibarət qırmızı palto və qara xəz papaq geymiş 229 nəfərlik dəstək komandası çərşənbə günü iki Koreyanı ayıran Demilatirazisiya Zonasını keçərək, Qış Olimpiya Oyunlarının keçiriləcəyi Pxençxan ətrafındakı şəhərə gəlib. Onlar Şimali Koreyanın idman naziri Kim İl Quk və cümə günü açılış mərasimi zamanı şouda iştirak edəcək takevondo komandası da daxil olmaqla 280 nəfərlik heyətin tərkibindədir.

Şimali Koreya Cənubi Koreyada 2002, 2003 və 2005-ci illərdə beynəlxalq idman yarışlarına böyük dəstək qrupu göndərib. 2005-ci ildə qrupun üzvlərindən biri Kim Yonq Unun həyat yoldaşı olub.

Şimali Koreya idmançıları Cənubi Koreyada Olimpiya şəhərciyinə gəlir
Şimali Koreya idmançıları Cənubi Koreyada Olimpiya şəhərciyinə gəlir

Çərşənbə axçamı günü qayıqla ölkənin şərq hissəsindəki liman şəhəri Mukhoya yetişən musiqiçilərdən ibarət böyük bir qrup Cənubi Koreyanın sağçı nümayişçiləri tərəfindən qəzəblə qarşlanıb. Onlar Kim Yonq Unun şəkillərini və Şimali Koreyanın bayraqlarını yandırıb.

Şimali Koreyanın rəsmi KCNA xəbər agentliyi nümayişçilərin hərəkətlərini qınayan bəyanatla çıxış edib.

XS
SM
MD
LG