Accessibility links

Kann festivalının qaliblərinin adları açıqlanıb


İsveç satirik drama filmi “Kvadrat” 70-ci Kann kino festivalının ən yüksək mükafata layiq görülüb. Yazıçı və kino-rejissor Ruben Ostludun filmi bazar günü Fransanın Kann şəhərində Qızıl Palma (Palme d`Or) mükafatını alıb.

Filmdə incəsənət muzeyinin kuratoru rolunda çəkilmiş danimarkali akyor Kleys Banq ziyarətçiləri altruism aktına dəvət edən “Kvadrat” adlı bir qurğu yaradır. Lakin telefonunun oğurlanmasına səfehcəsinə reaksiya verdikdən sonra iki uşaq atası rüsvayçı vəziyyətlərlə qarşılaşır.

Sofia Koppola özünün “The Beguiled” filmi ilə mükafata layiq görülmüş ikinci qadın oldu. Filmdə baş rolları Nikol Kidman və Kolin Farell ifa edir.

Fatih Akının “In the Fade” filmində oğlu və türk əri bomba hücumunda ölmüş alman qadın rolunu oynayan aktrisa Dayen Kruqer ən yaxşı aktrisa kimi mükafata layiq görülüb.

Kann kino festivalının münsiflər heyətinin üzvləri
Kann kino festivalının münsiflər heyətinin üzvləri

Coakuin Foniks isə “You Were Never Really Here” filmində yaratdığı Lin Ramsay obrazına görə ən yaxşı aktyor kimi mükafat alıb. Bu filmdə o, yeniyetmə bir qızı insan alverçilərindən xilas etməyə çalışan müharibə veteranını oynayır.

QİÇS haqda Fransa kinomatoqrafçıların çəkdiyi “120 Beats Per Minute” filmi münsiflər heyəti tərəfindən Qran-Pri mükafatına layiq görüldü. Bu mükafat yüksək mükafatlar almayan, lakin təsiredici qüvvəyə malik filmlərə verilir.

Münsiflər heyətində ispan kino-rejissoru Pedro Almodovar, amerikalı aktyor Uil Smit və aktrisa Cessika Çastey, alman rejissor Maren Eyd, çinli aktrisa Fan Binqbinq, italiyalı rejissor Paolo Sorrentino və cənubi koreyalı rejissor Pak Çanvuk olub.

XS
SM
MD
LG