Accessibility links

Kiprdə prezident seçkiləri keçirilib


Kiprin prezidenti Nikos Anastasiades bazar günü keçirilən seçkidə ikinci dəfə beş illik müddətə prezident seçilib. O, iqtisadiyyatı bərpa etmək və adanı birləşdirmək səylərini davam etdirəcəyinə söz verib.

Mühafizəkar Anastasiades rəqibi Stavros Malasa 56-44 səs fərqi ilə qalib gəlib.

Anastasiades ağır tənəzzül ilə üzləşən Cənubi Kipr isqtisadiyyatını bərpa etdiyinə görə alqışlanır.

Lakin BMT-nin vasitəçiliyi ilə türklərin idarə etdiyi Şimali Kipr ilə aparılan birləşmə danışıqlarında çox cüzi irəliləyiş əldə olunub.

Anastasiades Türkiyənin birləşmiş Kiprdə hərbi mövcudluğu tələblərinə müqavimət göstərəcəyinə və Cənubi Kipr sahili yaxınlığında neft və qaz axtarışlarını davam etdirəcəyinə söz verib. Bu isə kipr türklərini qəzəbləndirir.

Kipr 1974-cü ildən Türkiyə qüvvələri bütün adanı Yunanıstanda birləşdirmək məqsədilə həyata keçirilən hərbi çevrilişə cavab olaraq Kiprin şimalını işğal edəndən bəri yunanların idarə etdiyi cənub və türklərin idarə etdiyi şimala bölünüb.

Şimali Kipri yalnız Türkiyə müstəqil olaraq tanıyır, adanın cənub hissəsi isə beynəlxalq ictimaiyyət tərəfindən tanınır və Aİ üzvlüyünün iqtisadi imtiyazlarından faydalanır.

XS
SM
MD
LG