Accessibility links

Qırğızıstanda parlament seçkiləri keçirilir


Qırğızıstan prezidenti Sadır Japarovun müttəfiqləri bazar günü parlament seçkilərində öndə gedir. Bu, Rusiya və Çinlə yaxın əlaqələrə malik olan prezidentin hakimiyyətini daha da möhkəmləndirə bilər.

Onların öndə getdiyini seçkilərin ilkin nəticələri göstərib.

Qırğızıstanda hərbi aviabazası olan Rusiya Əfqanıstan kimi ölkələrə olmaqla, regionda nüfuzunu artırmağa çalışır.

Bülletenlərin yarısı hesablandıqdan sonra müxalifət partiyaları Bütün Qırğızıstan, Atameken və Sosial Demokratlar müvafiq olaraq 11,2, 6,4 və 6,2 faiz səs toplayıb.

Qalan səslər bir çox prezidentyönlü partiyalar arasında bölüşdürülüb.

52 yaşlı Japarov 2020-ci ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra iğtişaşlar nəticəsində hakimiyyətə gəlib və seçkilərin nəticələri bəzi siyasi partiyalar tərəfindən inkar edilib.

Həbsdən azad olan Japarov bir neçə gün ərzində baş nazir, sonra isə millətçi və populist platformada uğurla prezidentliyə namizəd olub.

Japarov Rusiya ilə ənənəvi olaraq yaxın olan əlaqələri saxlayır və ABŞ-ın bu ölkədə mövcud Rusiya bazası ilə yanaşı hərbi bazasına malik ola biləcəyi ilə bağlı təklifləri rədd edir.

Prezidentin yaxın müttəfiqinin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Dövlət Komitəsi bu həftə adı açıqlanmayan bir qrup keçmiş yüksək vəzifəli məmur və parlament deputatı tərəfindən təşkil edilmiş çevrilişin qarşısını aldığını bildirib.

Deputatların bir hissəsinin birmandatlı dairələr, digərlərinin isə partiya siyahıları ilə seçildiyi qarışıq sistemlə 90 deputat mandatı uğrunda 21 siyasi partiyadan 1300-ə yaxın namizəd mübarizə aparır.

XS
SM
MD
LG