Kürd üsyançılarının həbsdə olan lideri Abdulla Öcalan döyüşçülərini atəşkəsə və Türkiyə ərazisini tərk etməyə çağırıb. Bu, 30 il davam edən qarşıdurmanın başa çatmasına ümüd yaradır.
Bu gün Türkiyənin Diyarbəkir şəhərində kürd millət vəkili tərəfindən oxunan məktubda Öcalan silahların siyasətlə əvəz edilməsinin vaxtının çatdığını deyib.
Şəhərin mərkəzi meydanında toplaşan insanlar kürd muxtariyyatını vəsf edən şüarlarla çıxış ediblər. Mərasim kürdlərin Yeni İl bayramı ilə eyni vaxta təsadüf edib.
"Yeni eranın" başlandığını deyən Öcalan ordu elementlərinin Türkiyə sərhədlərindən çəkilməsinin vaxtının çatdığını bildirib.
Atəşkəsə çağırışlar Türkiyədəki kürdlərə daha çox azadlıqların verilməsi və kürd məhbusların Türkiyə həbsxanalarından azadlığa buraxılması əvəzinə edildiyi ehtimal olunur.
Xoş məram göstərəcisi kimi kürd üsyançılar bu yaxınlarda İraqın şimalında həbsdə saxlanılan səkkiz Türkiyə vətəndaşını azad ediblər.
Kürdlər Türkiyənin cənub-şərqində uzun müddətdir ki, özünü-idarəçilik uğrunda mübarizə aparırlar. Baş nazir Rəcəb Tayyib Ərdoğan artıq kürdlərə bir sıra hüquqlar verib. Bu hüquqlara kürd dilində yayımlanan televiziya stansiyası da daxildir.