Accessibility links

Qırğızıstanda parlament seçkiləri keçirilir


Qırğızıstanda parlament seçkiləri keçirilir. 120 yer uğrunda 16 partiya yarışır.

Bu dəfə seiçici fəallığı əvvəlki seçkilərlə müqayisədə daha yüksəkdir.

"Yenilik görəcəyik. İnsanlar başa düşür. Mən indiyədək belə uzun növbələr görməmişdim. Bu o deməkdir ki, insanlar nəyə səs verdiklərini bilirlər" - deyə, Bişkek sakini Raya Abışeva bildirib.

Parlamentdə Sosial Demokrat Partiyası koalisiyası yerlərin əsas hissəsini tutur.

Hazırda seçicilər dəyişiklik görmək istəyir.

“Mən Qırğızıstan Məkanı Partiyasına səs verdim. Mən həqiqətən ölkəmizin inkişafına inanıram" - deyə, Münirə Jenişbek qızı bildirib.

Bişkek məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevi əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

O, kriminal avtoritet Əziz Batukayevin qanunsuz olaraq azad edilməsi iddiasında korrupsiyanın təşkilində təqsirli bilinib.

Atambayev həmçinin dövlət rütbələrindən, mükafatlardan, prezidentin sərəncamlarından və fəxri adlardan məhrum edilib.

Almazbek Atambayev
Almazbek Atambayev

Sabiq prezident Atambayev 2019-cu ilin avqustunda rəsmi olaraq həbs edilərək korrupsiyada ittiham edilmişdi. Qırğızıstan Milli Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı qüvvələri Atambayevi avqustun 8-də Koy-Daşda onun iqamətgahına ikinci dəfə basqın edərək həbs etmişdi. Təhlükəsizlik qüvvələri və prezidentin tərəfdarları arasında baş verən qarşıdurmalar zamanı xüsusi təyinatlı qüvvələrin bir əsgər ölmüşdü, yüzə yaxın adam isə yaralanmışdı.

Batukayevin qanunsuz sərbəst buraxılması işi 2019-cu ilin yanvarında, Qırğızıstanda prezident dəyişdikdən sonra yenidən açılmışdı. İndi Batukayevə xərçəng diaqnozu qoyan onkoloq Emil Makimbetov və laboratoriya müdiri İrina Tsopova, həmçinin keçmiş Səhiyyə Naziri Dinara Saginbaeva, keçmiş Baş Nazirin müavini Şamil Ataxanov, Norin vilayətinin prokurorunun müavini Mayrambek Akmataliyev və Qırğızıstanın sabiq Ədliyyə Naziri Aida Salyanova kimi bir neçə keçmiş vəzifəli şəxs və deputatların bu işdə adları çəkilir.

Batukayev Çeçenistanın kriminal avtoritetidir. Qırğızıstanda silah, narkotik saxladığı və iğtişaşlar təşkil etdiyi üçün 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2013-cü ildə Narın şəhər məhkəməsi onun vaxtından əvvəl sərbəst buraxılması barədə qərar qəbul etmişdi. Həkimlərin məhkəməyə təqdim etdiyi sənəddə onun qan xərçəngi ilə xəstə olduğu bildirilib. Sərbəst buraxıldığı gün Batukayev xüsusi təyyarədə Çeçenistana təslim edilmişdi. Sonradan tibbi müayinənin nəticələrinin saxta olduğu məlum olmuşdu. 2014-cü ilin martında Bişkek məhkəməsi Batukayevi İnterpola axtarışa vermişdi.

Qırğızıstan parlamentinin baş nazir təyin etmək kimi mühüm səlahiyyəti var. Parlament çox hallarda prezident və nazirlər kabinetinə müqavimət göstərir.

XS
SM
MD
LG