Accessibility links

“Meydan” kitabının təqdimatı olub


İntiqam Əliyevin Meydan romanı
İntiqam Əliyevin Meydan romanı

Hüquqşünas İntiqam Əliyevin "Meydan" kitabının təqdimatı keçirilib. Əsər yazıçı tərəfindən 2014-2015-ci illərdə həbsxanada olanda düşünülüb və o, azad edildikdən sonra yazılıb.

NİDA vətəndaş hərəkatı tərəfindən təşkil edilən tədbirdə həmçinin bir neçə nəşriyyatın yarmarkası təşkil olunub. Təqdimat iştirakçıları oxuduqları kitabları gətirə, yarmarkada onları ala, arzu edənlərə pulsuz təqdim olunan "Meydan"la mübadilə edə bilərdilər. Alınan kitablar siyasi məhbuslara veriləcək.

NİDA-nın İdarə heyətinin üzvü Rəhman Məmmədli qeyd edib ki, tədbir əvvəlcə təqdimat şəklində planlaşdırılıb, amma müəllifin təkidi ilə yarmarkaya çevrilib.

Kitabın müəllifi İntiqam Əliyev deyib ki, tədbiri "Meidan"ın təqdimatı kimi qəbul etmir.

"Tədbiri həbsdə olan dostlara dəstək kampaniyasının davamı və Azərbaycanda kitaba dəstək kampaniyası kimi nəzərdə tutmuşuq. Həbsxanada qaldığım müddətdə kitabların nə qədər vacib olduğunu anladım. Həbsxanada da oxuyurlar və orada ən yaxşı mənəvi qida kitablardır. Ona görə də ölkəmizin aktual problemləri ilə bağlı bir kitab yazmağı qərara aldım".

Tədbirdə "Meidan" kitabı haqqında jurnalistlərin və publisistlərin fikirləri səslənib. Bundan əlavə, müəllif iştirakçılar üçün kitab imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG