Accessibility links

Konqres Kitabxanası hər ay 30 terabayt məqalə arxivləşdirir


Konqres Kitabxanası

ABŞ Konqresinin karküzarlıq ehtiyaclarına xidmət göstərmək üçün 1800-cü ildə təsis olunan Konqres Kitabxanasında 6 487 kitab toplusundan hazırda 16 milyondan çox kitab kolleksiyasına qədər böyüyüb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində yazıb.

Məlumatda deyilir ki, kommunikasiya vasitələrinin çapdan rəqəmsal sistemə keçməsi ilə Konqres Kitabxanası bloq yazıları, xəbərlər, qeydlər və sosial mediakı materialları ictimai arxivə toplamağa başlayıb.

Bütün bu arxivləşdirilmiş İnternet materialları dünya boyu bütün istifadəçilər üçün açıqdır.

“Kitabxanada hər ay təxminən 30 terabayt həcmində internet materiallarını arxivləşdirilir, bu da öz növbəsində 2000-ci ildən etibarən ümümi 1 300 terabayt təşkil edir”, məlumatda qeyd edilir.

XS
SM
MD
LG