Accessibility links

Kiyanuş Aslani Evin Həbsxanasından məzuniyyətə buraxılıb


Kiyanuş Aslani Evin Həbsxanasının önündə
Kiyanuş Aslani Evin Həbsxanasının önündə

Tehranın Evin Həbsxanasında 5 il həbs cəzası çəkməkdə olan güneyli siyasi məhbus Kiyanuş Aslaninin avqustun 15-də 15 gün müddətinə məzuniyyətə buraxıldığı bildirilir.

Bölgədə fəaliyyət göstərən insan hüquqları fəalları bu barədə məlumat yayıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Aslaninin 350 milyon tümənlik mülki girov qarşılığında məzuniyyətə buraxıldığı bildirilir.

O, daha öncə aprelin 21-də eyni vəsiqə qarşılığında məzuniyyətə buraxılmışdı, mayın 15-də isə məzuniyyətinin müddətinin bitməsi ilə həbsxanaya qaytarılmışdı.

Türk fəal Aslani, Tovhid Əmir Əmini ilə birgə Tehranda 2019-cu ilin fevral ayının 2-də Beynəlxalq Ana Dili Günündə Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, təxminən bir ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra Evin Həbsxanasına köçürülmüşdü.

İki türk fəal şəhərdə Beynəlxalq Ana Dili Günü haqda broşür dağıdarkən Tehranın İqilab Meydanında tutulmuşdular.

Tehran İslam Azad Universitetində inşaat mühəndisliyi ixtisası üzrə magistr dərəcəsi tələbəsi olan Kiyanuş Aslani təhlükəsizlik qüvvələrinin təcridxanasında uzun müddətli təkadamlıq kamerada həbs keçirirkən vəkildən məhrum edilmişdi. Ümumiyyətlə İranda siyasi fəalların təhlükəsizlik qurumları tərəfindən təcridxanada dindirilirkən vəkilə çatım hüququ təmin edilmir.

Türk dil hüquqlarını dinc yollarla müdafiə edən Kiyanuş Aslani "ölkənin milli təhlükəsizliyini pozmaq" ittihamından suçlanaraq 5 il həbs və 2 il müddətinə ictimai fəaliyyətdən məhrum edilib.

XS
SM
MD
LG