Accessibility links

Kiyevdə cinsi azlıqlara dəstək aksiyası keçirilib


İyunun 18-də Ukraynanın paytaxtı Kiyevdə cinsi azlıqlara dəstək aksiyası keçirilib.

Nümayiş zamanı polislə radikal qüvvələr arasında toqquşma olub.

Sağçıların hədələrinə görə təhlükəsizlik qüvvələri bütün yürüş boyu aksiyaçıları müşayiət edib.

Amma buna baxmayaraq “Sağ Sektor” və digər radikal təşkilatların üzvləri yürüşə mane olmaq istəyib və bu vaxt toqquşma baş verib.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, radikallardan bir neçəsi aksiyaçılara hücum edib.

Polis “Ukrayna millətçiləri təşkilatı”nın azı 6 üzvünü həbs edib.

“Hamının ölkəsi” devizi altında keçirilən aksiyada “İnsan haqları hər şeydən alidir” kimi şüarlar səsləndirilib.

Kiyevdə 4-cü dəfədir ki, keçirilən builki yürüşün uzunluğu 1 kilometrdən bir qədər artıq olub.

Polisin məlumatına görə, aksiyasa 2 500-dək adam iştirak edib.

Aksiyanın əlehdarları yürüş bitdikdən sonra cinsi azlıqları təqib etməyə cəhd göstərəsələr də, təhlükəsizlik qüvvələri buna imkan verməyib. Onlar xüsusi avtobusllarla Kiyevin mərkəzindən çıxarılıb.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG