Accessibility links

Kiyevdə Saakaşviliyə dəstək aksiyası keçirilib


Saakaşvili Kiyevdə mitinqdə deyib: "Bizim siyasi məqsədimiz: 1-cisi, kompromissiz islahatlar, 2-cisi- sıfır korrupsiya, 3-cüsü, dövlət aparatının təmizlənməsi, 4-cüsü- oğruların həbsi. Ölkədə qayda-qanun yaratmaq. Lazım gəlsə, çox-çox sərt olmaq."

Kiyevin mərkəzində Mixeil Saakaşviliyə dəstək mitinqinə minə yaxın adam toplaşıb.

Saakaşvilinin yaratdığı Yeni Qüvvələr hərəkatı Ukraynada vaxtından qabaq parlament seçkilərinin keçirilməsini tələb edir.

Odessa qubernatorluğundan istefa verən Saakaşvili indiki prezident Poroşenkonu Ukraynada korrupsiyalaşmış elitaya göz yummaqda ittiham edir.

Noyabrın 27-də Saakaşviliyə dəstək mitinqinə həm gənclər, həm də yaşlılar gəlib. Onların bir çoxunun əlində Ukrayna bayrağı, bəzilərində isə Avropa Birliyi bayraqları olub.

Saakaşvili deyib ki, “Biz qalib gələcəyik. Biz Ukraynaın sərvətini xalqa qaytaracağıq”.

Saakaşvili bildirib ki, Ukraynanı yenidən qüdrətli etməyin yolunu bilir.

O, 2003-cü ildə Qızılgül inqilabı ilə Gürcüstanda hakimiyyətə gəmişdi və onun 10 illik hakimiyyəti dövründə Gürcüstanda rüşvət və korrupsiya kəskin azalmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG