Accessibility links

Klapper: Kompromat iddialarını mediaya ABŞ kəşfiyyatı sızdırmayıb


Ceyms Klapper
Ceyms Klapper

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper çərşənbə günü prezident seçilmiş Donald Trampa deyib ki, kəşfiyyat icması Rusiyanın Trampı şantaj etmək məqsədilə məlumata malik olması barədə sənədi yaratmayıb.

Bunlar hamısı saxta xəbərlərdir. Uydurma şeylərdir. Belə bir şey baş verməyib
Donald Tramp

Çərşənbə axşamı Buzzfeed rəqəmsal media saytı Trampa dair bəzi iddialar irəli sürən dosyenin mətnini çap edib. Həmin dosyedə qeyd oluur ki, Tramp Moskvada olarkən nalayiq əməllərdə bulunub və Rusiya hökuməti illərdir ki, Trampı “dəstəkləyir və ona yardım göstərir.”

Klapper verdiyi bəyanatda ABŞ kəşfiyyatının bu informasiyanın dürüst olduğuna dair qərar vermədiyini bildirib və o, Trampa deyib ki, bu məlumatın mediaya kəşfiyyat tərəfindən sızdırıldığına inanmır.

Donald Tramp mətbuat konfransı keçirir. Nyu York. 11 yanvar, 2016.
Donald Tramp mətbuat konfransı keçirir. Nyu York. 11 yanvar, 2016.

Klapperin ona zəng etdiyini təsdiq edən Tramp Tvitterdə həmin dosyeni “saxta və uydurma” adlandırıb.

Tramp haqqında irəli sürülən iddiaları keçirdiyi mətbuat konfransında qəzəblə inkar edib.

“Biabırçılıqdır ki, bu cür informasiya açıqlanıb. Mən həmin informasiyanı gördüm. Mən bunu həmin görüşdən kənarda oxudum. Bunlar hamısı saxta xəbərlərdir. Uydurma şeylərdir. Belə bir şey baş verməyib,” o dedi.

Xeyr, Kremlin Trampa dair kompromatı yoxdur. Bu informasiya həqiqətə uyğun deyil və uydurmadan başqa bir şey deyil.
Dmitri Peskov, Rusiya prezidentinin sözçüsü

Moskvada çıxış edən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu iddiaların ABŞ-Rusiya münasibətlərinə xələl gətirməyə xidmət etdiyini bildirib.

“Xeyr, Kremlin Trampa dair kompromatı yoxdur. Bu informasiya həqiqətə uyğun deyil və uydurmadan başqa bir şey deyil,” o bəyan edib.

Nümayəndələr Palatasında Demokratların lideri Nensi Pelosi Donald Trampa qarşı iddiaların “ABŞ milli təhlükəsizliyinə təsir göstərməsinə” yol verilməməli olduğunu qeyd edib.

Trampın ABŞ-Rusiya münasibətlərinə yanaşmasına dair narahatlığını ifadə edən Pelosi qeyd edib ki, “Rusiyanın Donald Trampa dair hansı məlumata malik olduğu onu həmişə düşündürüb."

ABŞ kəşfiyyatçıları Rusiya prezidenti Vladimir Putinin göstərişi əsasında ABŞ seçkilərinə müdaxilə edildiyi qənaətinə gəlib.
ABŞ kəşfiyyatçıları Rusiya prezidenti Vladimir Putinin göstərişi əsasında ABŞ seçkilərinə müdaxilə edildiyi qənaətinə gəlib.

Rusca “komromat kimi tanınan bu növ materiallar tez-tez kəşfiyyat agentlikləri tərəfindən hazırlanır və onlardan mənfi PR və nəhayət şantaj, nəzarət məqsədləri üçün istifadə olunur.

“Heç kim təəccüblənməməlidir ki, ruslar daim hansısa siyasətçiyə dair kompromat axtarırlar,” Nümayəndələr Palatasınən kəşfiyyat komitəsinin sədir Devin Nunes bildirib. “Mən nəticəyə atılmazdım. Ola bilsin ki, bu kontekstdən çıxarılıb,” deyə Tramp keçid komandası ilə işləmiş Nunes əlavə edib.

Heç kim təəccüblənməməlidir ki, ruslar daim hansısa siyasətçiyə dair kompromat axtarırlar.
Devin Nunes

ABŞ kəşfiyyatçlıarı bu qəanətə gəlkiblər ki, Rusiya prezidenti Vladimir Putin Demokrat namizəd Hillari Klintonu sarsıtmaq və Donald Trampa kömək etmək məqsədilə ABŞ seçikilərinə müdaxilə etməyə göstəriş verib. Tramp Elektoral Kollegiyada səs çoxluğunu qazansa da, ümumi səsvermədə Klintondan az səs toplayıb.

Tramp çərşənbə günü keçirdiyi mətbuat konfrasında Rusiyanın haker hücumlarına görə məsuliyyət daşıdığını etiraf edib.

O, yanvarın 20-də ABŞ prezidenti səlahiyyətlərinin icrasına başlayacaq.

XS
SM
MD
LG