Accessibility links

Kaliforniyanın baş prokurorluğu afro-amerikalı şəxsin öldürülməsi ilə bağlı istintaqa qoşulub


ABŞ-ın Kaliforniya ştatının baş prokurorluğu afro-amerikalı şəxsin öldürülməsi ilə bağlı istintaqa qoşulub.

Prokuror Haviyer Baçerra bildirib ki, onun ofisi nə az, nə çox, istintaqın faktlara və qanuna əsaslanmasını istəyir.

Bəzi fəallar isə prokurorluğun istintaqının şəffaflığını sual edir.

"Prokurorluğun istintaqı kifayət etməyəcək. İstintaqın başında ictimaiyyət durmalıdır. Sakramento polis komissiyası tamamilə yararsızdır. Bu məsələdə güclərimizi səfərbər edir, vətəndaş cəmiyyətinin istintaqını təmin etməliyik. Mən “Qaradərililərin Həyatı Mühümdür” hərəkatı adından deyirəm ki, biz bu istintaqla razılaşmırıq”- deyə- hərəkatın üzvü Tonya Feyzon bildirib.

Polis 22 yaşlı Stefon Klarkın qətlini araşdırır. O, polis tərəfindən nənəsinin həyətində güllələnib.

Polis kiminsə yaxınlıqda maşının şüşələri və evin pəncərələrini sındırdığına dair telefon şikayəti ilə bağlı bölgədə olub.

Klarkın silahı olmadığı, həyəndə onun cib telefonunun aşkar edildiyi bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG