Accessibility links

Hərbi xidmət çəkən Hollivud ulduzları


Xatirə Günü həftəsi olduğundan biz Birləşmiş Ştatlarda hərbi xidmət göstərən bütün Hollivud ulduzlarına minnətdarlığımızı izhar edirik.

Aktyor Drü Keri məşhur olmazdan xeyli əvvəl, 1981-ci ildə Amerikanın Hərbi Dəniz Donanmasında xidmət göstərib. Komediya ustası bir qədər əlavə pul qazanmaq məqsədi ilə incəsənətə başlayıb və bundan sonra məşhurlaşıb. İndi o, İraqdakı hərbi bazalarda ifa etmək üçün səfərlərə çıxır.

Amerikalı repçi Ice T bir vaxtlar Havay adalarında 25-ci Piyada Diviziyada xidmət göstərib. O, orta məktəbi bitirdikdən sonra gənc yaşlarında şansının olmadığını düşünürdü və həyatı ilə nə isə etməli olduğu qərarına gəlir. Çünki, əks təqdirdə həbsxanada ömrünü başa vuracağından ehtiyat edirdi.

Klint İstvud-u da unutmaq lazım deyil. Məşhur aktyor 1950-ci ildə Koreya müharibəsində iştirak edib və Kaliforniyada Fort Ord məntəqəsində xidmət göstərib. Bu arada o üzgüçülüyü yaxşı bildiyindən üzgüçülük təlimçisi vəzifəsində çalışıb.

1951-ci ildə isə onun olduğu bombardmançı təyyarə qəzaya uğrayaraq okeana düşüb, o və təyyarənin pilotu sahilə çıxmaq üçün bir kilometr məsafə üzüblər.

Playboy jurnalının yaradıcısı Hyu Hefner 1944-cü ildə məktəbi bitirdikdən sonra 2-ci Dünya Müharibəsində döründə Piyada Qüvvələrin qərərgahında katib qismində xidmət göstərib. Bundan əlavə o, Oreqon ştatının Salem şəhərində və Virciniya ştatında Pickett düşərgəsində də xidmətdə olub. O dövrdə Hefner hətta ordu qəzetində karikatura dərc etdirib.

XS
SM
MD
LG