Accessibility links

Hillari Klinton diqqəti Konqresdə daha çox demokratın seçilməsinə yönəldir


ABŞ prezident seçkilərində demokrat namizəd Hillari Klinton

ABŞ prezident seçkilərində demokrat namizəd Hillari Klinton əsas diqqəti respublikaçı namizəd Donald Trampdan öz proqramına qanunverici hakimiyyət tərəfindən dəstək məqsədilə Konqres seçkilərinə yönəldir.

"Mən bundan sonra ona cavab belə verməyəcəm"-deyə, Trampın onun korrupsiyalaşmış olduğu və prezident postu üçün lazımi keyfiyyətlərə malik olmaması haqda iddialarını nəzərdə tutaraq bildirib.

ABŞ-ın ilk qadın prezidenti olmaq istəyən keçmiş dövlət katibi Klinton jurnalistlərlə söhbətində bildirib ki, seçkilərə qədər qalan 16 gün ərzində o, respublikaçıların üstünlüyə malik olduğu Konrqesə nəzarətin geri alınması məqsədilə əsas diqqəti daha çox demokratın seçilməsinin vacibliyi məsələsinə yönəlməyə çalışır.

Mən bundan sonra ona cavab belə verməyəcəm.

Təhlilçilər Klintonun seçilmək şansları 10-dan 9 kimi dəyyərləndirir. Demokrat namizəd kampaniya fondundan milyonlarla dollar məbləğində maliyyə vəsaiti adətən prezidentiyə respublikaçı namizədlərin qələbə əldə etdiyi ştatlara yönəldir. O bununla Trampla müqayisədə öz üstünlüyünü artırmağa və hazırda respublikaçı qanunvericilərə qarşı seçkilərdə iştirak edən demokratlara yardım göstərməyə çalışır.

Təhlilçilər demokratların Senata nəzarəti qaytara biləcəyini mümkün hesab edir, lakin demokratların respublikaçıların ciddi üstünlüyə malik olduğu Nümayəndələr Palatası uğrunda gərgin mübarizə ilə qarşılaşa biləcəklərini bildirir.

Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell
Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell

Klintonun reytinqləri artır

Ölkə üzrə bir neçə qrup tərəfindən keçirilmiş rəy sorğularına əsasən, Klinton seçkili vəzifəyə ilk seçilmək üçün yarışlara qoşulan daşınmaz əmlak maqnatı Trampdan altı faiz irəlidədir. Lakin ABC News tele kanalının keçirdiyi yeni sorğuya görə, Klintonun daha böyük üstünlüyə malikdir. Sorğunun nəticələrinə əsasən, seçicilərin 50 faizi Klintonu dəstəkləməyə hazırdır. Trampı dəstəkləməyə hazır olanlar isə 38 faiz təşkil edir.

Biz geridəyik. Lakin biz təslim olmuruq. Biz bilirik ki, qələbə əldə edə bilərik.

Sorğularda bu göstəricilər Trampın qadınlar haqda nalayiq tərzdə danışması və sonuncu debat zamanı qələbə çalmadığı halda məğlubiyyətini qəbul etməyə meylli olmadığını deməsindən sonra açıqlanıb.

Trampın kampaniyasının meneceri Kellien Konvey NBC tele kanalına müsahibə zamanı "biz geridəyik" deyə etiraf edib. Lakin o əlavə edib: "Biz təslim olmuruq. Biz bilirik ki, qələbə əldə edə bilərik."

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp və onun vitse-prezidentliyə namizədi Mayk Pens
ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp və onun vitse-prezidentliyə namizədi Mayk Pens

Trampın ilk 100 günü

Tramp şənbə günüprezident seçildiyi təqdirdə ilk 100 gündə atacağı addımları qeyd edərək, prezident Obama tərəfindən verilən sərəncamların ləvğ edilməsi, hökumət qanunlarının dəyişdirilməsi və Birləşmiş Ştatlara qeyri-qanuni yolla gələn immiqrantların həbs edilməsi kimi siyasi dəyişikliklərdən danışıb.

O eyni zamanda bildirib ki, seçkidən sonra onun kampaniyasına zərər verdikləri üçün qadınları məhkəməyə verəcək.

Tramp ölkəyə qanunsuz şəkildə daxil olan hər bir kəs üçün məcburi qaydada minumum iki illik həbs cəzası tətbiq etməklə Birləşmiş Ştatlara qeyri-qanuni mühacirlərin axınını dayandıracaq. O eyni zamanda, Konqresdə üzvlərinin müddətinə məhdudiyyətlər qoyulması, federal hökumətdə işə qəbulun dondurulması və Ağ Ev və Konqres rəsmilərinin vəzifədən getdikdən sonra lobbiçilik fəaliyyəti göstərməsinə qadağa qoyulmasına söz verib.

XS
SM
MD
LG