ABŞ prezidentliyinə respublikaçı namizədlər Donald Tramp Luiziana və Kentukkidə, senator Ted Cruz Meyn və Kanzasda qələbə qaazanıb. Florida senatoru Marko Rubio və Ohayo qubernatoru Con Keysik 4 ştatın hamısında eyni dərəcədə səs əldə edib.
Kruz Trampdan daha çox nümayəndə əldə etsə də, Tramp hələ də 378 nümayəndəsi ilə öndə gedir. Kruz isə 295 nümayəndəyə malikdir.
Demokratlar arasında isə senator Berni Sanders Kanzas və Nebraska kokuslarının qalibi olub. Sabin dövlət katibi Hillari Klinton Luiziana praymerisində birincilik əldə edib.
Klintonun Sanderslə müqayisədə data artıq nümayəndəsi var. O, 1221, Sanders isə 479 nümayəndəyə malikdir.
Bu gün demokratlar Meyndə, respublikaçıların isə Puerto Rikoda kampaniyalarını davam etdirir.