Accessibility links

Hillari Klinton: Tramp bir daha baş komandanlığa yararsızlığını nümayiş etdirdi


ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Amerikanın İslam Dövlətinin lideri Əbu Bəkr Əl-Bağdadinin ələ keçirilməsinin 2011-ci ildə Əl-Qaidə lideri Üsama Bin ladenin öldürülməsi kimi prioritet etməsinə çağırıb.

“Əl-Bağdadinin ələ keçirilməsi yüksək səviyyədə ciddi səylər tələb edir”-deyə Klinton Nyu-Yorkda müxbirlərə bildirib. O deyib ki, dedikləri heç kimin Amerikaya qarşı hücum planı hazırlayanların və ya hücumlara çağırışların cavabsız qalmayacağına aydın bir mesajdır.

Sabiq dövlət katibi rəqibi Donald Trampın milli televiziyada yayımlanan forumdakı çıxışını tənqid edib.

Hər iki namizəd müdafiə və milli təhlükəsizliklə bağlı sualları cavablandırıb. Klinton deyib ki, Tramp bir daha ölkənin baş komandanı olmasına yararsızlığını nümayiş etdirdi.

O, Tpampın Obamanı Rusiya prezidenti Vladimir Putindən daha yaxşı lider adlandırmasını Amerika xalqına təhqir adlandırıb.

Tramp prezident olsa “Putinlə çox yaxşı münasibətlərinin olacağını” düşündüyünü deyib. O, Rusiya və Birləşmiş Ştatların İslam Dövlətini məğlub etmək kimi ortaq marağı olduğunu bildirib.

Bundan əlavə Tramp Obamanın rəhbərliyi altında ABŞ-ın İraqa hərbi müdaxiləsini tənqid edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG