Accessibility links

WikiLeaks Hillari Klintonun 3 çıxışının bütöv transkriptini yayıb


WikiLeaks Hillari Klintonun Goldman Sachs investisiya bankının icraçı direktorlarına 2013-cü ildə verdiyi 3 çıxışının bütöv transkriptini yayıb.

Wikileaks son bir həftədir Klintonun seçki kampaniyasının meneceeri Con Podestanın hakerlər tərəfindən ələ keçirilən sənədlərini yaymaqdadır.

Məktublaşmalarda Klintonun işçiləri potensial probemləri önə çəkdiyi görünür. Bunlar arasına onun bank islahatlarının siyasi səbəbləri olduğunu deməsi də daxildir.

Hillari Klinton debatlarda daha yaxşı çıxış etmək üçün xüsusi preparatlardan istifadə edir

Klinton prezidentliyə demokrat namizəd, senator Berni Sanders tərəfindən də Wall Street və digər maliyyə elitalarına hədsiz yaxınlığına görə tənqidlərə məruz qalıb.

Digər emaillər Klintonun işçi sinfinə necə yaxınlaşa bilməsi haqdadır. Burada onun bir gün mehmanxana xadiməsi ilə birgə və ya uşaq bağçasında çalışması irəli sürülüb.

Hillari Klinton debatlarda daha yaxşı çıxış etmək üçün xüsusi preparatlardan istifadə edir.

Bunu Klintonun rəqibi, ABŞ prezidentliyinə respublikaçıların namizədi Donald Tramp deyib. Tramp sonuncu debatdan əvvəl həm özünün, həm də Klintonun dopinq testdən keçməsini təklif edib.

Hillari Klintonun seçki kampaniyasından isə bildiriblər ki, Tramp bu kimi çıxışları ilə seçkilərə kölgə salmaq istəyir.

Qadınlara qarşı nalayiq hərəkətlərə görə ittihamlarla üzləşən ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp medianı prezident seçkiləri prosesinin işiqlandırılmasının rəqibi Hillari Klintonun mənafeyinə xidmət etməkdə günahlandırıb.

“Hillari Klinton ittiham edilərək, həbsə salınmalıdır”-deyə Tramp Tweeter hesabında yazıb.

“Bunun əvəzinə o, yarışlara qatılaraq, seçkiləri saxtalaşdırmaq niyyətindədir. Klinton dövlət katibi vəzifəsində ikən şəxsi elektron poçtundan istifadə etməsinə görə həbs edilməlidir“- deyə Tramp bildirib.

Trump ilə Clintonun sonuncu teledebatı oktyabrın 19-da baş tutacaq.

ABŞ-da prezident seçkisi noyabrın 8-də keçiriləcək.

XS
SM
MD
LG