Accessibility links

ABŞ-da seçki kampaniyalarının son günləri


ABŞ prezidentliyinə namizədlər diqqətlərini noyabrın 8-də keçiriləcək seçkilərdə həlledici rol oynayacaq iki ştata-Şimali Karolina və Floridaya yönəldib.

Respublikaçı namizəd Donald Tramp Pensilvaniya və Şimali Karolinaya yola düşməzdən əvvəl Floridanın Ceksonvill şəhərində seçiciləri ilə görüşüb.

O, Klintonu milli təhlükəsizlik məlumatlarından şəxsi elektron poctunda istifadə etməklə kriminal əməllərdə günahlandırıb.

"O, hələ bir neçə il öncə istintaqa cəlb edilməli idi",Tramp bildirib.

Demokrat namizəd Hillari Klinton isə ilk öncə Şimali Karolinanın Qreinsvill və yaxınlıqdakı Raleyq şəhərlərində iki yürüşə qatılacaq.

Klintonu Floridanın Mayami şəhərində ABŞ prezidenti Barak Obama təmsil edib. Obama Trampın birmənalı şəkildə prezidentliyə yararsız olduğunu bildirib.

"Siz gülürsünüz. Amma mən zarafat etmirəm. O, baş qərargahlar rəisi olmağa temperament baxımından yararsızdır"-deyə ABŞ dövlət başçısı sözünə davam edib.

Obama deyib ki, biz Floridada qalib gələcəyik.

Dövlət başçısı daha sonra Trampın kampaniyasını davam etdirəcəyi Ceksonvill şəhərində olacaq.

Rəs sorğuları namizədlərin kampaniyalarının başa çatacağı bu həftə olduqca yaxınlaşdığını göstərir. Tramp Floridada 4, Şimali Karolinada isə 3 səs çatışmazlığını aradan qaldıracaq.

XS
SM
MD
LG