Avstriya xarici işlər naziri toy mərasimi zamanı Rusiya prezidenti Vladimir Putin qarşısında reverans (əyilərək, qarşıdakı insanın salamlaması və ya ehtiramın ifadəsi) etməsi ilə bağlı tənqidlərə cavab verib. Nazir bildirib ki, reverans ənənəvi rəqs hərəkətidir və bu hərəkətlə kiməsə “bağlı” olduğunu mənasını vermir.
Xarici işlər naziri Karin Kneissl keçən həftə sonu Putini öz toy mərasiminə dəvət edib və bu, həm ölkə daxilində, həm də xaricdə çoxları arasında təəccübə səbəb olub. Şənbə günü Oe1 radiosuna müsahibə verən Kneissl bildirib ki, bu, Putinin iyun ayında Vyanaya səfəri zamanı spontan şəkildə verilən bir qərar idi.
Video görüntülərdə gəlinin Putinlə rəqsi və rəqsin sona çatanda onun qarşısında reverans etməsi əks olunub. Kneissl deyir ki, “siz nə zamansa bal rəqsi görsəniz, hər zaman rəqs bitəndə bunun edildiyini anlayarsınız.”
Nazir əlavə edib ki, bu hərəkət bəziləri tərəfindən Putinə qarşı olan bağlılıq kimi şərh edilsə də, onu tanıyan hər kəs deyə bilər ki, bu, həqiqət deyil.