Accessibility links

Kokaindən asılılıq bəlası aradan qaldırıla bilər


Amerika alimləri kokainə qarşı yeni vaksin ixtira edib. Laboratoriya şəraitində sınaqdan keçirilən vaksin kokain hüceyrələrinin beynə çatmasına əngəl törədir.

Tədqiqata rəhbərlik edən doktor Ronald Kistalın dediyinə görə, vaksin kokaini beynə çatmazdan əvvəl məhv edir. Koka yarpaqlarından alınan kokain beynin depamin maddəsinin normal dövriyyəsinə mane olur. Qanda dövran edən kokain depaminin əsəb sonluqlarında yığılmasına yol açır. Bu halda insanda keflənmə halı yaranır.

Vaksinin yardımı ilə vücuda daxil olan kokain immun sistemi tərəfindən “düşmən” kimi qəbul edilir. Özünü müdafiəyə qalxan bədən kokaini yad orqanizm kimi məhv edir.

Alimlər bu vaksinin təsirinin nə qədr davam edəcəyindən əmin deyillər. Siçanlar üzərində aparılan təcrübəyə görə, bir ampula vaksinin təsiri 13 həftə davam edib. Alimlər vaksinin zərərsizliyi müəyyən edildikdən sonra kokaindən asılılığın asanlıqla aradan qaldırılacağına ümid bəsləyir.
XS
SM
MD
LG