Accessibility links

Koalisiya qüvvələri İraq və Suriyada 801 mülki vətəndaşın öldürüldünü bildirir


Xaricdəki qruplar deyir ki, 2014-cü ilin avqust ayında öldürülənlərlə bağlı məlumat olduğundan daha az göstərilir

İraq və Suriyada İslam Dövlətini hədəf alan koalisiya qüvvələrinin hava hücumları 2014-cü ildən bəri 801 mülki vətəndaşın ölümünə səbəb olub.

ABŞ-ın başçılıq etdiyi koalisiya bu rəqəmi dinc əhalinin ölümü ilə bağlı araşdırmaların nəticəsi kimi göstərib.

Bildirildiyinə görə, oktyabr ayında 64 hesabata əsasən 15 nəfərin həlak olduğu aşkarlanıb. 695 hesabat hələ də açıqdır. "Biz mülki əhaliyə bilmədən açdığımız yaralar və ölüm hallarının məsuliyyətini daşıyırıq. İnsan itkiləri haqda bütün məlumatları ciddi qəbul edirik"- bəyanatda bildirilib.

Xaricdəki qruplar deyir ki, 2014-cü ilin avqust ayında öldürülənlərlə bağlı məlumat olduğundan daha az göstərilir.

Airwars qrupunun təxminlərinə görə, koalisiya qüvvələrinin oktyabr ayı hava hücumları nəticəsində 5961 mülki vətəndaş öldürülüb, lakin bu rəqəm 9 min də ola bilər. Onların 1504-nün İraqda, 3487-nin Suriyada öldürüldüyü bildirilib.

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu isə Suriyada 2910 mülki vətəndaşın öldürüldüyünə dair səbədlər olduğunu deyib.

Koalisiyanın hava hücumları Trampın hakimiyyəti dövründə artırılıb.

Koalisiyanın məlumatına görə, İraq və Suriyada ötən dekabr ayında hər gün orta hesabla 16 hava hücumu həyata keçirilib. Yanvarda bu göstərici 25-ə qalxıb. Avqust və sentyabr aylarında gündəlik hava hücumlarının sayı 50-yə yaxınlaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG