Accessibility links

Koalisiya qüvvələri Suriyanın şərqində onlarla İŞİD-çini öldürüb


150-ə yaxın İŞİD döyüşçüsü ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava zərbələri nəticəsində öldürülüb. Şərqi Suriyada İŞİD qərargahına edilən hücum barədə məlumat koalisiyanın yaydığı bəyanatda verilir.

Şənbə günü həyata keçirilən hava zərbələri əs-Şafah qəsəbəsi yaxınılığında İŞİD döyüşçülərinin cəmləşdiyi ərazini hədəf alıb. Həmin qüvvələr hərbi əməliyyat üçün mobilizə olunmuşdi, deyə koalisiya bəyanatında bildirilir.

“Hava zərbələri göstərir ki, bizim Suriyanı azad etməyimiz üçün apardığımız mübarizə hələ də davam edir,” koalisiya xüsusi əməliyyatlarının komandiri General Mayor Ceyms Carrard yaydığı bəyanatda bildirib.

Hava zərbələri göstərir ki, bizim Suriyanı azad etməyimiz üçün apardığımız mübarizə hələ də davam edir.

ABŞ Suriyada davam edən hərbi mövcudluğunu İŞİD-in yenidən baş qaldırmasının qarşısını almaq, diplomatik vasitələrlə Suriya prezidenti Bəşar əl-Əsədin hakimiyyətdən getməsinə zəmin yaratmaq və İranın regiondakı nüfuzunun azaldılmasına xidmət etməklə əsaslandırır.

İŞİD hələ də şənbə gününün hava zərbələrini təsdiqləməyib. Lakin militantlara məxsus Amaq Xəbər Agentliyi 14 adamın o cümlədən 7 qadının əs-Şafah hospitalına yerləşdirildiyini bildirib.

Ötən aylarda koalisiyanın intensiv hərbi əməliyyatları İŞİD-in nəzarət etdiyi məkanı xeyli kiçildib.
Ötən aylarda koalisiyanın intensiv hərbi əməliyyatları İŞİD-in nəzarət etdiyi məkanı xeyli kiçildib.

Koalisiya hava zərbələrinin ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) yardımı ilə həyata keçirildiyini bildirib. Əsasən kürdlərdən təşkil olunmuş SDQ İŞİD-in havadan hədəflənməsində müşahidə funksiyasını yerinə yetirib.

"Kəşfiyyat və yerdəki hədəf üzərində davamlı nəzarətin kombinasiyası qeyri-hərbi personelin hədəf alınmamasına təminat yaradıb," koalisiya bəyanatında qeyd olunur.

XS
SM
MD
LG