Accessibility links

Türkiyə qərarını niyə dəyişdi?


Türkiyənin xarici işlər naziri Türkiyənin xarici işlər naziri Kobanidə İŞİD-lə döyüşən kürd qüvvələrinə yardım göstərildiyini bildirib. Nazir müxbirlərlə görüşü zamanı Peşmərqəyə nə kimi yardım göstərildiyini deməyib.

Türkiyənin xarici işlər naziri Mevlüt Cavuşoğlu
Türkiyənin xarici işlər naziri Mevlüt Cavuşoğlu

"Biz Peşmərgənin Kobaniyə keçməsinə yardım edirik. Müzakirələrimiz hələ də davam etdirilir"-deyə nazir bildirib.

Kobanidə Suriya kürdləri İŞİD-lə mübarizə üçün ağır silahlara və tankvuran qurğulara ehtiyac olduğunu bildirir.

Ankara indiyədək Peşmərqəyə yardım etməkdən imtina edirdi. Çünki Türkiyə Kobanidə döyüşən küdrlərin PKK ilə əlaqəsi olduğunu bildirirdi.

Türkiyə prezidenti Kobaninin nəzarəti uğrunda İŞİD-lə mübarizə aparan kürd döyüşçülərin silahla təmin edilməsi və ya təmin etdirilməsinə yol verilməyəcəyini bildirib.

Rəcəb Tayyib Ərdoğan kürd döyüşçülərin 30 ildir Türkiyədə müstəqilliyi uğrunda silahlı kampaniya aparan Kürdüstan Fəhlə Partiyasından fərqlənmədiyini deyib.

Ərdoğan deyib ki, Türkiyənin NATO müttəfiqi Amerikaya açıq şəkildə “hə” deməsi yanlış bir addım ola bilər. O, belə bir şeyin Türkiyədən gözlənməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Türkiyənin qərarını dəyişməsi ABŞ-ın yük təyyarələrinin havadan kürd döyüşçüləri silah, hərbi sursat və tibbi avadanlıqla təmin etdiyi vaxta təsadüf edib.

Təhlilçilər cihadçılara qarşı hava zərbələri ilə yanaşı döyüşçülərə yardım göstərilməsinin Kobaninin İŞİD-ə müqavimət göstərməsinə yol açacağını deyir.

"Onlar İraq kürdlərinə daha çox inanır

​İstanbulun Kadir Has Universitetindən beynəlxalq əlaqələr üzrə ekspert Soli Özelin dediyinə görə, Ankara İraqın kürd döyüşçülərinin Kobanidəki PKK-ya təsirini azalda biləcəyini düşünür.

"Onlar İraq kürdlərinə daha çox inanır. Belə ki, İraq kürdləri daha mühafizəkar və Türkiyənin PKK-ya qarşı mübarizəsində müttəfiqidir."

Kobani
Kobani

Lakin təhliçilər regionda kürd fransiyaları arasındakı parçalanmanın İŞİD-ə qarşı mübarizədə aradan qalxa biləcəyini təxmin edir.

XS
SM
MD
LG