Accessibility links

Köç filmi sənədli filmlərin əsas mükafatını alıb


Köç filmindən kadr (Kadr Youtube.com saytından götürülüb)
Köç filmindən kadr (Kadr Youtube.com saytından götürülüb)

Filmdə ömrü boyu heyvandarlıqla məşğul olan, yaylaqlardan qışlaqlara və geriyə köç edən insanların çətin və maraqlı taleyi işıqlandırılıb

Rusiyada yaşayan azərbaycanlı rejissor Rodion İsmayılovun “Köç” sənədli filmi İtaliyanın Neapol şəhərində keçirilən VI Beynəlxalq “Faito doc Festival” sənədli filmlər festivalında əsas mükafata layiq görülüb. Bu barədə Azərbaycan Mədəniyyət və Turizmi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “DS film” studiyasında istehsal olunan ekran əsəri Azərbaycanın qədim adət-ənənələrini özündə əks etdirir.

Filmdə bütün ömrü boyu heyvandarlıqla məşğul olan, il ərzində yaylaqlardan qışlaqlara və geriyə köç edən insanların çətin və maraqlı taleyi işıqlandırılıb.

52 dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb. Qeyd edək ki, “Köç” filmi bundan əvvəl 30-dək beynəlxalq festivalda iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG