Accessibility links

Kofi Annan Suriyanın silahlandırmasının vəziyyəti ağırlaşdıracağı barədə xəbərdarlıq verib


Ərəb Liqasının Suriya üzrə xüsusi Kofi Annan Suriyanın silahlandırmasının ölkədə vəziyyəti daha da ağırlaşdıracağı barədə xəbərdarlıq verib. Bu gün Qahirədə səfərdə olan cənab Annan deyib ki, Suriya böhranının həlli məqsədi ilə hədsiz gücdən istifadə edilməsi bütün regiona mənfi təsir bağışlaya bilər. BMT-nin sabiq baş katibi bunları Ərəb Liqasının baş katibi Nabil Elərəbi ilə görüşündən sonra deyib.

Kofi Annan şənbə günü Suriyaya səfər edərək, Əsəd hökuməti və müxalifəti döyüşləri dayandırıb, böhranın siyasi yolla həllinə çağırmalıdır.

Səudiyyə Ərəbistanı və Qətər Bəşar Əl-Əsədin 11 illik avtoritar rejiminə son qoyulması üçün müxalifətin silahlandırılmasına çağırıb. Lakin Qərb Suriyada sabitsizliyin dərinləşəcəyindən ehtiyat edərək, bu kimi müdaxilənin əleyhinə olduğunu bildirir .

Türkiyə prezidenti Abdulla Gül Ankaranın qeyri-regional qüvvələrin məsələyə müdaxilə etməsinə qarşı olduğunu bəyan edib.

XS
SM
MD
LG