Accessibility links

Seks kölələri - II hissə [Video]


Seks kölələri - II hissə
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Seks qaçalmalçılığı – qızların və oğlanların oğurlanaraq, pul müqabilində məcburi cinsi əlaqəyə girməyə məcbur edilməsi artmaqda davam edir. Burada, Birləşmiş Ştatlardakı “Milli İnsan Ticarəti Qaynar Xətti”nə hər gün bu məsələ ilə bağlı azı 20 məlumat gəlir. Bəzi hüquq-mühafizə orqanları bu böhranla fərqli şəkildə mübarizə aparır. “Seks qurbanları” hekayəsinin 2-ci hissəsində Federal Təhqiqat Bürosu və Maryland Əyalət Polisinın işçilərinin apardığı əməliyyatdan danışılır.

Kris Heydin günü burada, azyaşlı qızlarla seks alveri etməklə başlayır. Heyd və digər zabit müxtəlif kateqoriyalı qızların şəkilləri və onlar haqda məlumat olan "Backpage" web-səhifəsində işləyir. Bu, demək olar ki, online-seks səhifəsidir.

Qız saatına 150 dollar istəyir. Hayd başqa qiymət təklif edir. “Mən adətən az vaxta deyirəm, 15 dəqiqə. O, 15 dəqiqəyə 80 dollar istəyir və biz razılaşırıq” deyə, Kris Heyd bildirir.

Qız ona ünvanını göndərir və iş tamamdır.

Heyd Merelend ştatı Polis İdarəsinin “Uşaq Axtarışı” şöbəsində işləyir. O, Baltimor aeroportu yaxınlığındakı mehmanxanaya gəlir. Mehmanxananın 4-cü mərtəbəsinə qızla görüşmək üçün onunla birlikdə Federal Təhqiqat Bürosunun iki işçisi də gəlir

Zabit Heyd artıq otaqdadır və o bizə qızın bizimlə danışmaq istədiyini yazır.

Adını ”Beki” çağırdığımız bu qız yeniyetmə olarkən seks köləsinə avtobus dayanacağında bir qadına rast gəldikdən sonra çevrilib. Həmin qadın onu satmağa başlayır. Bu qadın bıçaqlandığını, döyüldüyünü, zorlandığını, başına tapanca dayandırıldığını deyir. “Biz dəfə mehmanxanada biri məni o qədər döydü ki, mən 5 gün işləyə bilmədim.”

İndi o artıq yaşlanıb və fahişəliyi özü istədiyi kimi edir. Müsahibə zamanı ona zəng gəlir və kimsə onunla görüşmək istəyir. Həmin şəxslər “Bekki”nin adını "Backpage" web-səhifəsindəki reklamdan görür. Həmin səhifədə müştəri pulu yeni texnologiyadan istifadə etməklə ödəyir. “Çox asandır. Daha kredit kart gərək deyil, ödəniş Bitcoin-lə edilir” deyə Bekki bildirir.

Bekki artıq kmi seçib-seçməyəcəyinə özü qərar verir. Fahişə qadınlar məlumatı müştərilərə App vasitəsilə alır və ötürür. Bekki həbs olunmur, çünki o polisə kişik yaşlı qızların xilas edilməsində yadım edir.

Artıq gecədən keçib. Polis son görüşə gedir.

Bu mehmanxanada təmir işləri gedir. Gizli polis işçiləri ayrı-ayrı avtomobillərdədir. Bura qorxulu yerə bənzəyir və onlar ehtiyatlı olmalıdır.

Kris Heyd 90 dəqiqədən sonra qayıdır. O, Kaliforniyadan 23 yaşlı bacısı tərəfindən satılan 15 yaşlı qızı tapdığını deyir. Səhəri gün bacı həbs edilir, qız isə geri, evlərinə göndərilir.

Bu, 40-cı azyaşlı qızın xilasıdır. Lakin onun kimi hələ nə qədəri var.

XS
SM
MD
LG