Accessibility links

ABŞ-ın sabiq dövlət katibi Kollin Pauell COVID-19-un fəsadları səbəbindən həyatını itirib


Ailəsinin verdiyi açıqlamada bildirilib ki, ABŞ-ın ilk qaradərili dövlət katibi və yüksək rütbəli zabiti Kolin Pauell 84 yaşında COVID-19-un fəsadları səbəbindən dünyasını dəyişib.

"Peyvəndin tam dozası edilmişdi. Biz göstərdikləri qayğıya görə Valter Rid Milli Tibbi Mərkəzinin tibb işçilərinə təşəkkür etmək istəyirik. Gözəl və mehriban bir həyat yoldaşını, atanı, babanı və böyük bir amerikalını itirdik" - deyə, Pauell ailəsi Facebook səhifəsində yazıb.

Vyetnam müharibəsində yaralanan Pauell 1987-1989-cu illərdə Prezident Ronald Reyqan dövründə ABŞ milli təhlükəsizlik müşaviri olaraq çalışıb.

Dörd ulduzlu ordu generalı olan Kolin Pauell Corc H.W. Buşun prezidentliyi dövründə, 1991-ci ildə Körfəz Müharibəsi zamanı ABŞ-ın rəhbərlik etdiyi qüvvələrin İraq qoşunlarını qonşu Küveytdən qovduğu vaxt Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin sədri idi.

XS
SM
MD
LG