Accessibility links

ABŞ-ın Kolorado ştatında atışma


Bazar günü ABŞ-ın Kolorado ştatında ailə-məişət zəminində mübahisənin baş verdiyi yerə gələn şerif müavini öldürülüb, digər dörd nəfər isə yaralanıb.

Atışma Denver şəhərindən 28 kilometr cənubda, Haylends Renç ərazisində səhər saatlarında mənzil kompleksində baş verib. Silahlı şəxs yataq otağında barrikada qurduqdan sonra atəş açmağa başlayıb.

Polislə qısa zaman davam edən atışmadan sonra şübhəli şəxs güllələnərək öldürülüb.

Dörd polis zabiti insident zamanı yaralanıb, iki mülkü vətəndaş isə həyat üçün təhlükəli olmayan yaralar alıb.

Prezident Donald Tramp insidentdən bir neçə saat sonra tviterdə hadisə qurbanının ailəsinə başsağlığı verib.

XS
SM
MD
LG