Accessibility links

Koloradoda məktəbləri hədələyən 18 yaşlı qızın cəsədi aşkar edilib


ABŞ-ın Kolorado ştatının polisi Denver şəhərindəkı bir neçə məktəbi hədələməkdə şübhəli bilinən 18 yaşlı qızın cəsədi aşkar edilib.

Məktəblərin bağlanmasına səbəb olan hədələr yaxınlıqdakı Littltaun şəhərindəki Kolumbin məktəbində törədilən kütləvi qırğının 20-ci ildönümü ərəfəsində edilib.

1999-cu il aprelin 20-də iki məktəbli Amerika tarixində ən qanlı məktəb qırğınını törətmişdilər.

Federal Təhqiqat Bürosu və yerli polis bazar ertəsi gecə Koloradoya gedərək, Denver şəhərində təhdidlər edən qadının Sol Pais olduğunu müəyyən edib.

Cefferson mahalı polis idarəsinin rəisi Facebook-da açıqladığı bəyanatında Paisin silahlı və çox təhlükəli olduğunu bildirib.

Paisin təhdid etdiyi məktəblər arasında 1999-cu il aprelin 20-də 17 yaşlı Dilan Klebold və 18 yaşlı Erik Harrisin 13 nəfəri qətlə yetirməsi və 24 nəfəri yaralamasından sonra özlərini öldürdüyü Kolumbayn məktəbi də var.

"Bu növ ildönümlərində biz həmişə sayıqlığımızı artırırıq," deyə Kolorado İctimai Təhlükəsizlik Departamentinin sözçüsü Patrisia Billinger bildirib.

1999-cu ildə Denver civarındakı məktəbdə törədilən qətliam çox sayda şagirdin ölümü ilə nəticələnmiş və cəmiyyəti şoka salmışdı. O vaxtdan bəri bir neçə Amerika məktəbində oxşar silahlı hücumlar baş verib.
1999-cu ildə Denver civarındakı məktəbdə törədilən qətliam çox sayda şagirdin ölümü ilə nəticələnmiş və cəmiyyəti şoka salmışdı. O vaxtdan bəri bir neçə Amerika məktəbində oxşar silahlı hücumlar baş verib.

Cefferson Qraflığı Şerif İdarəsi və Federal Təhqiqatlar Bürosu deyib ki, Pais Mayamidən Koloradoya iriçaplı tüfəng və sursat aldıqdan sonra gedib.

XS
SM
MD
LG