Accessibility links

Kolumbiyada 254 adam həlak olub


Kolumbiyada bir neçə çayın məcrasından çıxması ilə itkin düşən insanların axtarış əməliyyatı davam etdirilir.

Daşqınlar evlər və infrastrukturu sıradan çıxarıb, 254 insan həyatına son qoyub.

Makao şəhəri torpaq sürüşməsi altında qalıb.

Prezidenti Huan Manuel Santos Ekvador yaxınlığındakı bu şəhəri ziyarət və 40 min əhalisi olan şəhərdə fövqəladə vəziyyat elan edib.

Santos Çin və İnter-Amerika İnkişaf Bankına 1 milyard, Almaniya və Belçikaya isə 200 min dollarlıq yardıma görə təşəkkürünü bildirib.

Santos ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıqla çıxış edib.

Fəlakətin təsirinə məruz qalanlara yardım vəd edən prezident baş verənlərə görə məyusluğunu ifadə edib.

Qırmızı Xaç Komitəsi 200-dən çox adamın xəsarət aldığını, çoxsaylı adamın itkin düşdüyünü bildirir.

Könüllülər və yanğınsöndürənlər Villaqarzon şəhərində dağıntılar altından 82 cəsəd aşkar edib. Çox sayda adamın cəsədləri dağıntlar altında qalmaqdadır.

Fəlakət rəsmiləri 500-dən çox insanın sığınacaqla təmin edildiyini bildirir. Sosial xidmətlər 10 uşağın valideynlərini tampasına yardım edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG