Accessibility links

Milyonlarla şagirdi məktəbdən kənar saxlayan 37 günlük etirazlar sona çatdı


Kolumbiya höküməti 37 gün tətil edən ictimai məktəb müəllimləri ilə razılıq əldə etməyə müvəffəq olublar. Milyonlarla şagirdi məktəbdən kənar saxlayan tətilin səbəbi hökümətin Marksist inqilabçılarla sülh sazişi imzalamasından sonra ictimai məktəblərin vəziyyətini düzəltmək vədini yerinə yetirməməsidir.

Bütün ölkəni əhatə edən tətil zamanı həmkarlar ittifaqı üzvləri gündəlik yürüşlər keçirərək, paytaxt Boqotanın yollarını məşğul saxlayıblar. Onların tələbi məktəb idarəetməsi, təchizat, şagirdlərin qidası və maaşların büdcəsinin artırılıması idi.

“Prezident söz vermişdi ki, müharibəyə sərf edilən vəsait təhsilə yönələcək. İndi müharibə etdiyimiz inqilabçı dəstələr yoxdur. Silah almağa ehtiyac yoxdur. Amma biz, vəsaitin təhsilə yönəldiyini görümürük.” Bu sözləri cümə günü paytaxtın mərkəzi meydanında nümayişdə çıxış edən 36 yaşlı orta məktəb müəllimi Xose Eskobar deyib.

Kolumbiya prezidenti Xose Manuel Santos bildirib ki, Kolumbiyanın İnqilabçı Silahlı Dəstələri (FARC) ilə 52 illik müharibəyə son qoyan sülh sazişinin imzalanmasından sonra hökümət diqqətini tam olaraq bərabərsizliklə mübarizəyə və təhsilin inkişafına yönəldib.

Amma müəllimlər, təhsil sahəsində, xüsusilə də onların maaşlarında hər hansı bir irəliləyişin olmadığını deyirlər. Onlar bildirirlər ki, hal-hazırda aldıqları 1.8 milyon peso (610 ABŞ dolları) şagirdlərə keyfiyyətli təhsil vermək üçün kifayət edəcək məvacib deyil.

Ölkə üzrə 350,000 müəllimi təmsil edən güclü Kolumbiya Təhsil İşçilərinin Federasiyası (Fecode) adlı həmkarlar ittifaqı maliyyə naziri Maurisio Kardenasla görüşdən sonra hökümətlə razılığa gəlib.

Hökümət və müəllimlər arasında əldə edilmiş razılığa əsasən maaşlar proqressiv bonunsların köməyilə artırılacaq. Bundan əlavə, saziş həmkarlar ittifaqına imkan verəcək ki, təhsil büdcəsinin müəyyən edilməsi prosesində fəal iştirak edə bilsinlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG