Accessibility links

Kolumbiya prezidenti ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinin əleyhinə olduğunu deyib


Kolumbiya prezidenti Huan Manuel Santos deyib ki, heç bir Latın Amerika ölkəsi ABŞ-ın Venesuelaya hər hansı hərbi müdaxiləsini qəbul etməyəcək və hərbi müdaxilə ümumiyyətlə müzakirə mövzusu olmamalıdır.

ABŞ prezidenti Donald Tramp cümə günü deyib ki, Venezuelada demokratiyanın bərpa edilməsi üçün ABŞ hərbi qüvvələrindən istifadə istisna edilmir.

Bazar günü Kolumbiyanın Kartaxena şəhərində vitse-prezident Mayk Penslə birgə mətbuat konfransında Santos bir əsrdən çox müddət ərzində ABŞ-ın Latın Amerikasında hərbi fəaliyyətini xatırladaraq, heç bir Latın Amerikası liderinin bunun təkrar olunmasını istəmədiyini bildirib.

“Latın Amerikası ölkəsi və mən deyərdim heç bir ölkəsi Venesuelaya hərbi müdaxiləyə razı olmayacaq. Ona görə də biz digər ölçülərin indi və gələcəkdə tətbiq edilməsini dəstəkləməkdə davam edirik. Amma Venesuelada rejimin demokratik keçidi sülh yolu ilə olmalıdır” deyə Huan Manuel Santos bildirib.

Pens Venesuelada hərbi qüvvədən istifadə seçimini istisna etməyib. Lakin deyib ki, prezident Nikolas Maduro rejiminə təzyiq göstərmək üçün iqtisadi və diplomatik ölçülər də daxil olmaqla bir çox seçim var.

“Demokratik qurumlar və konstitusiyaya dəyişikliklə bağlı parlament adı altında biz Venesuelanın diktatura ilə nəticələnəcək yol tutduğunu və bu təkcə ABŞ prezidenti və bizim ölkə üçün deyil, bütün region liderləri üçün qəbuledilməzdir” deyə Mayk Pens bildirib.

Pens və Santos narkotik maddələr və kokain qaçaqmalçılığı və Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələr FARC təşkilatı ilə 50 il davam edən müharibədən sonra hələ ki uğurla davam edən sülh razılığını da müzakirə ediblər.

Kolumbiya Pensin Argentina, Çili və Panama da daxil olmaqla, Latın Amerikası ölkələrinə bir həftə sürəcək səfərinin ilk dayanacağıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG