Accessibility links

Ceyms Komi Senat qarşısında açıq ifadə verməyə razılaşıb


ABŞ Senatının Kəşfiyyat Komitəsi bildirir ki, sabiq FBI direktoru Cemys Komi Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı ictimai ifadə verməyi qəbul edib.

Senatın Kəşfiyyat Komitəsinin başçıları cümə günü verdikləri açıqlamada Kominin panel qarşısında mayın 29-da ifadə verəcəyini açıqlayıb.

“Mən Kominin Amerika xalqı üçün məatbuatda yer alan son hadisələri ilə bağlı açıqlamalar verəcəyinə dair ümidliyəm”, deyə panelin sədri respublikaçı senator Riçard Burr bildirib.

“Ümid edirəm ki, direkotr Kominin ifadəsi onun qəflətən prezident təəfərindən vəzifədən kənarlaşdırılmasından sonra qaldırılan sulların cavablandırılmasına yardım edəcək,” deyə Komitəsinin ən yüksək vəzifəli demokrat senator Mark Uarner əlavə edib.

Prezident Donald Tramp, keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flin, sabiq FBI direktoru Ceyms Komi
Prezident Donald Tramp, keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flin, sabiq FBI direktoru Ceyms Komi

Bundan əlavə cümə günü The New York Times qəzeti bildirib ki, prezident Trampın bu ayın əvvəli Ağ Evin Oval ofisində rus rəsmilərinə Komini işdən çıxardığını deyrərək, onu “axmaq” adlandırıb.

Qəzetdə ABŞ rəsmisinin onlara təqdim etdiyi sənədə isitinad edib. Sənəddə əsasən Tramp həmçinin deyib ki, “Mən Rusiyaya görə çox təqyiqlə üzləşirdim. Artıq bu aradan qaldırıdı.”

Trampım “Mən istintaqa cəlb olunmamışam” dediyi də bildirilir.

Cümə axşamı The New York Times Kominin dostuna istinadən bildirib ki, Komi prezidentin dostluq cəhdlərindən narahat idi və professional sərhədləri qorumaqda çətinlik çəkirdi.

Qəzətdə həmçinin bildirir ki, Brukinqs İnstitutunun baş elmi araşdırmaçısı və Trampın tənqidçisi Bencamin Uits Kominin Trampla təmasın uyğunsuz olduğunu düşünürdü və prezidentlə dostluq münasibətlərinin olmasını istəmirdi.

Trampın Komini çan yeməyində prezidentə sədaqətini dilə gətirməsini istədiyi bildirilir. Bundan əlavə isə Oval ofisdə Trampın onun keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinlə bağlı istıntaqın dayandırılmasını istədiyini iddia edilir.

İki anonim mənbə The Times-a bildirib ki, prezident inaqurasiyadan qısa müddət sonra Komiyə zəng etdiyini və FBI-ın Trampın şəxsən istintaq altında olmadığını açıqlayıb-açıqlamayacağını soruşub.

Bu mənbələrin verdiyi məlumata görə, Komi cavab olaraq deyib ki, Tramp birbaşa onunla əlaqə saxlamamalıdır, bunun əvəzinə Ağ Evin vəkili Ədliyyə Nazirliyi ilə əlaqə saxlamalıdır.

Məlumatlarda Kominin Trampla hər görüşdən sonra aralarında baş tutan söhbətlə bağlı qeydlər aldığı bildirilir. Tramp Komiyə Flinlə bağlı tələb irəli sürdüyünü inkar edir. Qəzetdə də bu söhbətə bağlı qeydəri görmədikləri qeyd edilib.

The Times-a verdiyi açıqlamada Ağ Evin sözçüsü Şon Spayser deyib ki, Komi ilə hazırda FBI direktorunun vəzifəsini icra edən Endrü Makkeybin “and içərək verdikləri ifadələr istintaqda müdaxilə cəhdlərinin olmadığını göstərir”.

Konqres təhqiqatçıları Kominin qeydlərinin nüsxələrini tələb ediblər.

Trampın Komi ilə əlaqə saxladığını dövrdə o, Trampın seçki kampaniyası ilə Rusiya agentləri arasında mümkün əlaqələri araşdıran təhqiqata başçılıq edirdi. Tramp bu ayın əvvəli Komini FBI direktoru vəzifəsindən azad edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG