Accessibility links

FBI direktoru Senatda ifadə verib


Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Komi ABŞ Senatının Ədliyyə komitəsində agentliyin fəaliyyəti ilə bağlı dinləmədə çıxış edib.

Ədliyyə komitəsində dinləmələr zamanı Ceyms Komi Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləsi və Trampın kampaniyasının Rusiya ilə mümkün kontaktları ilə bağlı təhtiqatın gedişinə dair qanunvericilərin suallarını cavablandırıb.

Qanunvericilərin Komiyə ünvanladığı suallardan biri onun Hillari Klintonun elektron yazışması ilə bağlı təhqiqatda rolu ilə əlaqədar olub.

Bu, çox çətin qərar olub, amma mən yenə də bunun düzgün qərar olduğunu düşünürəm
Ceyms Komi

Komi Federal Təhqiqatlar Bürosunun 2016-cı il prezident seçkilərinin nəticələrinə hər hansı bir şəkildə təsir göstərə bildiyi fikrinin belə “ürəkbulandırıcı” olduğunu deyib.

Bununla belə, onun sözlərinə görə, o, oktyabr ayında Klintonun elektron yazışmaları barədə təhqiqatın yenilənməsi haqda qərarı elan etməsə idi, bunun nəticələri “katastrofik” ola bilərdi.

Komi əlavə edib ki, o, Federal Təhqiqatlar Bürosunun Klintonun heç bir pozuntuya yol vermədiyi haqda nəticəyə gəldikdən bir neçə ay sonra yeni təhqiqatla bağlı informasiyanı ictimaiyyətə açıqlayıb-açıqlamamaq haqda çox düşünüb. Lakin o belə qərara gəlib ki, Konqresi təhqiqatın başa çatdığına əmin etdikdən sonra bu informasiyanın gizlədilməsinə yol vermək olmazdı.

“Bu, çox çətin qərar olub, amma mən yenə də bunun düzgün qərar olduğunu düşünürəm”-deyə Komi bildirib.

Adətən FBI seçkidən əvvəl namizədlərlə bağlı sirlərin açıqlanmamasına çalışır. Bu, səsvermənin gedişinə təsir göstərməmək məqsədilə edilir. Lakin Kominin sözlərinə görə, o, yeni təhqiqatın Trampa Klinton üzərində qələbə çalmağa kömək edə bilib-bilməyəcəyi haqda “bir saniyə belə düşünməyib”.

Komi Rusiyanın müdaxiləsi ilə bağlı təhqiqatın gedişinə dair bir sıra suallara cavab verməkdən imtina edərək, Federal Təhqiqatlar Bürosunun əldə etdiyi məlumatları ictimai müzakirəyə çıxara bilmədiyini deyib. O, Trampın kampaniyasının Rusiya ilə mümkün əlaqələrinə dair təhqiqatın davam etdirildiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG