Prezident İlham Əliyev bazar ertəsi “Kommersiya sirri haqqında” qanuna iyunun 12-də parlamentin qəbul etdiyi dəyişiklikləri təsdiq edib. Düzəlişə əsasən, bundan sonra kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və nizamnamə kapitallarında payları barədə məlumatlar kommersiya sirrinə aid edilib. Qeyd edək ki, bu düzəliş yerli və beynəlxalq ekspertlərin tənqidinə səbəb olub. Onlar şirkət sahibləri haqqında məlumatın ictimaiyyətdən gizlədilməsinin şəffaflığı azaltdığını və korrupsiya üçün şərait yaratdığını hesab edirlər.
Bir müddət əvvəl prezident “İnformasiya əldə edilməsi haqqında” qanuna informasiya, o cümlədən iqtisadi və maliyyə xarakterli məlumatlar əldə edilməsini məhdudlaşdıran düzəlişləri təsdiq edib. Düzəlişlər Azərbaycan iqtisadiyyatında üstün mövqe tutan şirkətlərin hakim elitaya məxsus olması barədə jurnalist araşdırmalarından sonra hazırlanıb.